Reklam

SATQINLAR CƏZASIZ QALMAMALIDIR

Kriminal

Heç kimə sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqilliyinin ilk illərində çox çətin bir yol keçib və həmin dövrdə Xalqın təkidili tələbi ilə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkənin müstəqilliyinin qorunub saxlanması, müstəqil Azərbaycanın dünya humanizm prinsiplərinə əsaslanan yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi, sovet diktaturasından qalmış insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət edən qanunvericilik aktlarının yeni konstitusiyaya uyğunlaşdırılmasını təmin edən demokratik prinsiplərə söykənən qanun layihələrinin hazırlanması və qəbul edilməsi uğurla həyata keçirilmiş və nəticədə Azərbaycan Respublikası müstəqil olmaqla yanaşı hüquqi demokratik dünyəvi bir dövlətə çevrilmişdir. Bəli bugün qüvvədə olan Konstitusiyaya görə Azərbaycanın hər bir vətəndaşı bərabərhüquqlu olaraq Konstitusiya ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına sahibdir və hər bir vətəndaşın hüquq və azadlıqları qanunla qorunur.  Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmuşdur. Hansı ki, bugün dünyaya dırnaqarası demokratiya dərsi keçməyə çalışan Amerika Birləşmiş Ştatlarında və Fransanın özündə bugün ölüm hökmü icra olunmaqdadır. Bəli, bugün Azərbaycan Konstitusiya ilə idarə olunan bir prezident respublikası kimi tam demokratik hüquqi dünyəvi dövlətdir. Təəsüflər olsun ki,  bugün bəzi insanlar dövlətin - hakimiyyətin və ən əsası da qanunların bu humanistliyindən son dərəcə sui istifadə etməyə çalışırlar və hətta dovşan kimi ölkədən qaçaraq, xaincəsinə xarici ölkələrə sığınıb dövlət və dövlətçilik əleyhinə çağırışlar edir və  Azərbaycan Respublikası cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradan bu əməllərinin cəzasız qalacağını düşünürlər. Elə buna görə də Tural Sadıqlı, Məhəmməd Mirzəli, Elşad Məmmədov, Orduxan Teymurxan kimi bu satqınlar bugün də xarici havadarlarının yubkasının altına sığınaraq Azərbaycana qarşı cinayət əməlləri törətməkdədirlər. Əlbəttə ki, Azərbaycan hüquqi dövlətdir və hansı ölkədə baş verməsindən asılı olmayaraq Azərbaycan Respublikasına qarşı, Dövlət və dövlətçilik əleyhinə törədilən istənilən cinayətin qarşısı alınmalıdır və cinayətkarlar layiqli cəzasını almalıdır. Bəli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Elşad Məmmədov, Orduxan Teymurxan və digərləri barəsində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin çıxarmış olduğu qiyabi həbs qərarı da çox düzgün və qanunların aliliyinə xidmət edən bir qərardır. İnanırıq ki, həmin qərarın icrası Azərbaycanın peşəkar hüquq mühafizə orqanları tərəfindən tezliklə təmin ediləcək və xarici havadarlarının yubkasının altına sığınaraq Azərbaycana qarşı satqınlıq edən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Elşad Məmmədov, Orduxan Teymurxan və digər xainlər həbs edilərək Azərbaycana gətiriləcəklər, Xalq, Dövlət və Qanun qarşısında cavab verərək layiqli şəkildə cəzalandırılacaqlar.  


Hacağa Hacızadə.  kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.