Reklam

Qarabağ beynəlxalq əməkdaşlıq gündəmində: Anar Quliyev UN-Habibatın rəhbərliyi ilə birgə layihələri müzakirə edib

Gündəm

 Martın 12-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında məhsuldar görüş keçirilib.

 
Görüşdə may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, Forumda iştirak etmək üçün indiyədək 15 minə yaxın nümayəndə qeydiyyatdan keçib ki, bu da tədbirə beynəlxalq marağın yüksək olduğunu göstərir. Tərəflər WUF13-ün dayanıqlı şəhər inkişafı və mənzil siyasəti sahəsində qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacağını vurğulayıblar.
 
Görüşdə həmçinin Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.