Reklam

Azərbaycan Türk Xalqları Qardaşlığı ictimai birliyinin Xəzər rayon təşkilatının sədri Telman Kərimzadə ilə müsahibə

Gündəm

 Aparıcı:Salam Telman müəllim! 
    Telman müəllim:Sabahınız xeyir 
     Aparıcı: Telman müəllim Sizi studiyamızda görməkdən çox məmnunuq. Necəsiniz? Studiyamızda özünüzü necə hiss edirsiniz?
       Telman müəllim: Çox sağ olun, yaxşıyam,təşəkkür edirəm. 
        Aparıcı: Telman müəllim, əgər həqiqətən rahatsınızsa istirəm suallarımıza keçək.
        Telman müəllim: Buyurun, buyurun. Əlbəttə ki 
         Aparıcı: elə isə ilk sualım belədir, bildiyimiz qədər Siz həm də Azərbaycan-Türk Xalqlarının Qardaşlığı ictimai birliyinin üzvü, Xəzər rayon təşkilatının sədrisiniz. Azərbaycan Türkiyə münasibətlərini bugün necə görürsünüz? 
        Telman müəllim: Əvvəla onu qeyd edim ki, Azərbaycan Türkiyə münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və ilk olaraq Heydər Əliyev və Süleyman Dəmirəlin möhkəm şəxsi dostluğu Azərbaycan Türkiyə münasibətlərinin də möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ulu Öndər Heydər Əliyevin vəfatından sonra isə Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Azərbaycan Türkiyə münasibətlərinin qorunub saxlanılması və daha da möhkəmlənməsinə böyük önəm verdiyindən dolayı bugün qardaş Türkiyə ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə davam etdirilir.
          Aparıcı: Telman müəllim istərdim ki, bir qədər də Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsi barədə öz fikirlərinizi bizimlə bölüşəsiniz.
           Telman müəllim: Azərbaycanın Ermənistan üzərindəki qələbəsi tarixi bir zəfərdir. Möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu tarixi qələbəyə imza atmaqla son iki əsrdə Azərbaycanın ərazi bütövlüyünü tam təmin edən və Azərbaycan Xalqına qalibiyyət qazandıran ilk dövlət başçısı kimi tarixə düşdü. Əlbəttə ki, bu da hər bir Azərbaycan vətəndaşı üçün o cümlədən də mənim üçün çox böyük qürur mənbəyidir.
          Aparıcı: Bəli, məhz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi və illərdir öz dədə-baba yurdlarından didərgin düşmüş minlərlə soydaşımız məhz bu tarixi qələbə nəticəsində öz doğma yurdlarına qovuşmuş oldu. Amma gəlin onu da unutmayaq ki, bu tarixi zəfərin əsasını da məhz Ulu Öndər Heydər Əliyev qoymuşdu...
          Telman müəllim: Bəli, tamamilə doğrudur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Xalqın təkidili tələbi ilə hakimiyyətə tarixi qayıdışından dərhal sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması əldə etdi və həmin atəşkəs razılaşması da bugünkü qələbəmizimin ilkin təməli idi. 
            Aparıcı: Telman müəllim bugün Azərbaycan respublikası demokratik hüquqi dünyəvi dövlətdir və qürur hissi ilə qeyd edə bilərik ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili- xarici siyasət nəticəsində bugün Azərbaycan dunyada təhlükəsiz bir ölkə kimi tanınır, nüfuzu beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Xahiş edirəm bir qədər də bu barədə danışardınız.
             Telman müəllim: Bəli, hələ 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra məhz Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu düzgün siyasət nəticəsində Azərbaycanın müstəqilliyi gündən günə möhkəmləndi, Azərbaycan respublikası demokratik hüquqi dünyəvi bir dövlət kimi tanındı. Ölkədə ictimai sabitlik təmin olundu, Azərbaycanın təhlükəsiz bir ölkə olduğunu beynəlxalq inam yarandı və müəyyən zaman keçdikcə bu inam özünü doğrultdu. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz, cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təkcə hüquqi baxımdan yox, iqtisadi cəhətdən də sürətlə inkişaf edərək güclü bir dövlətə çevrildi. Bəli məhz bütün bu yüksəlişlər və sürətli inkişaf da beynəlxalq aləmdə çox yüksək inam yaratdı və bütün bunların nəticəsində bugün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə yol açmış oldu ki, əlbəttə bu da hər bir Azərbaycan vətəndaşı üçün qürurverici bir haldır.
            Aparıcı: Telman müəllim, sonda bir ağsaqqal kimi Azərbaycan Xalqına, bugünkü Azərbaycan gəncliyinə nə arzu edərdiniz?
             Telman müəllim: Bugün bir Ağsaqqal kimi mən, başda möhtərəm prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Xalqımıza möhkəm cansağlığı və firavanlıq arzulayıram. Yaşasın möhtərəm prezidentimiz cənab İlham Əliyev! Yaşasın Mehriban xanım! Yaşasın Azərbaycan!
             Aparıcı: Telman müəllim, müsahibəyə görə təşəkkür edirik.
             Telman müəllim: çox sağ olun. Minnətdaram.


  Müsahibəni götürdü: Rasafil Bayramov 

Kainatpress.tv internet televiziyasının direktor müavini.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.