Reklam

Dənizkənarı bulvarda baxımsızlıq...

İqtisadiyyat

Dəyərli Kainatpress.tv izləyiciləri gördüyünüz bu şəkillər dənizkənarı bulvar ərazisində çəkilib. Şəkillərdən də göründüyü kimi dənizkənarı bulvar demək olar ki, bugün baxımsız vəziyyətdədir...  Gördüyünüz həmin bu şəkillər dənizkənarı bulvarın Dövlət Bayrağı Meydanından üzü Dəniz Mall istiqamətinə doğru olan hissəsində çəkilib.Bu mənzərə deməyə əsas verir ki, dənizkənarı bulvar bugün sözün həqiqi mənasında baxımsız qalıb. Heç kimə sirr deyil ki, əsası Ümummilli dahi Liderimiz əbədiyaşar Heydər Əliyev tərəfindən qoyulan "Heydər Əliyev Azərbaycanı" bugün dünyanın ən təhlükəsiz turizm ölkələrindən biri kimi tanınır və hələ ölkəmizdə keçirilən ən sonuncu beynəlxalq tədbiri - Ümumdünya Şəhərsalma Forumunun 13 - cü Sessiyasını (WUF13) nəzərə alsaq təkcə bu mötəbər tədbirdə iştirak etmək üçün paytaxtımıza əlli min nəfərdən çox turist gəlmişdi və əlbəttə ki, bu turistlərin də böyük əksəriyyəti üçün maraqlı olan yerlərdən biri də məhz dənizkənarı bulvar idi... Əlbəttə ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən istər Paytaxt Bakının, istərsə də məhz dənizkənarı bulvarın gözəlliyinin qorunub saxlanılmasına hər zaman xüsusi diqqət yetirilir. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq dənizkənarı bulvar bugün sözün həqiqi mənasında baxımsız vəziyyətdədir və əlbəttə ki, bulvarın bu vəziyyəti bura gələn qonaqlarda heç də xoş təəssürat yaratmır...

Hətta vəziyyət o qədər acınacaqlı həddə çatıb ki, dənizkənarı bulvar ərazisində yerə döşənmiş  daşların bir çoxu çatlamış, bir çoxu isə yerindən qopmuş haldadır, hansı ki, həmin qopmuş daşların üzərində yeridikdə bu daşların altından su çıxmış olur ki, həmin qopmuş daşların altından çıxan su da ayrı bir narahatçılıq yaradır...

Əlbəttə ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gündən günə inkişaf edən bir ölkədə dənizkənarı bulvarın belə baxımsız qalması və  qarşılaşmış olduqları bu mənzərənin bulvara gələn qonaqlarda mənfi təəssürat yaratması ürəkaçan hal deyil... Kainatpress.tv internet televiziyası olaraq ümid edirik ki, aidiyyatı qurumlar yazımızdan nəticə çıxaracaq və dənizkənarı bulvardakı bu xoşagəlməz vəziyyət tezliklə aradan qaldırılacaq...(mövzuya qayıdacağıq.)



 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.