Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə qayğıkeş həkim-nəcib şəxsiyyət Şəki Mərkəzi Rayon Xəstəxanasının direktoru Əliyev Məcid Abduləli oğlunun ucqar bir dağ rayonunda səhiyyənin inkişafına verdiyi böyük töhfədən söhbət açacağıq.
Səhiyyə elminin gözəl bilicisi olan Məcid Əliyev hələ 2010-2017 ci illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışdığı zaman Şəkidə səhiyyənin inkişafına böyük töhfələr vermiş, Şəki Mərkəzi Rayon Xəstəxanasının ən son müasir avadanlıqlarla təchiz olunmasına nail olmuş, yerli əhalinin məhz yerli tibb mərkəzinə etibarının artırılması istiqamətində böyük işlər görmüşdür.
Bəli, məhz Məcid Əliyevin yüksək təcrübəsinin və səmərəli fəaliyyətinin nəticəsidir ki, Məcid Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Şəki Mərkəzi Rayon Xəstəxanası bugün regional tibb mərkəzləri içərisində öz səliqə səhmanı və nümunəvi fəaliyyəti ilə hər zaman bir addım öndədir.
Təkcə peşəkar həkim deyil, eyni zamanda Ümummilli Lider Heydər Əliyev irsinin layiqli təbliğatçısı olan Məcid Əliyev bugün rəhbərlik etdiyi Şəki Mərkəzi Rayon Xəstəxanasında Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə ləyaqətlə xidmət edir.
Bəli, elə məhz yerli sakinlərin Məcid Əliyev və onun simasında ümumilikdə Şəki Mərkəzi Rayon Xəstəxanasının fəaliyyətindən yüksək məmnunluq ifadə etmələri də olduqca ürəkaçan bir haldır.
Kainatpress.tv internet televiziyası olaraq biz də Məcid həkimin nümunəvi fəaliyyətini alqışlayır və ona çətin və yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın