Reklam

Gündən günə gözəlləşən Lənkəran

Gündəm

 

Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə Azərbaycanın dilbər guşələrindən biri olan səfalı Lənkərandan bəhs edəcəyik.

Hər birimizə çox yaxşı məlumdur ki, xalqın təkidli tələbi ilə Ümummilli dahi Liderimiz əbədiyaşar Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə məhz Ulu Öndərin bilavasitə rəhbərliyi altında Regionların İnkişafı Proqramının icrasına başlanıldı və bu proqram çox qısa bir zamanda uğurla həyata keçirildi.

Bəli, məhz Ulu Öndər əbədiyaşar Heydər Əliyevin start verdiyi Regionların İnkişafı Proqramının uğurla həyata keçirilməsindən sonra ölkənin bütün kənd və rayonlarında, şəhər və qəsəbələrində nəzərəçarpacaq bir canlanma, yeni inkişaf dövrü başlandı.

Əlbəttə ki, inkişaf nə qədər gözəl bir hal olsa da onun davam etdirilməsi, salınmış park və xiyabanların, prospekt və küçələrin, yaradılmış abadlığın qorunub saxlanması çox böyük əmək və zəhmət tələb edən bir amildir.

Bugün sözün həqiqi mənasında demək olar ki, gözəl Lənkəranın tarixində ikinci inkişaf dövrü məhz 2012-ci ildən etibarən başlamış oldu.

Bəli, məhz 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Taleh Azay oğlu Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olundu.  Dəyərli Kainatpress.tv izləyiciləri bəli, həqiqətən də möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu sərəncamı, Taleh Qaraşov kimi yerli idarəetmə sahəsində kifayət qədər böyük təcrübəyə malik bir şəxsin məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması Lənkərana və Lənkəran əhalisinə olan yüksək diqqətin təzahürü idi.

Bəli, Taleh Qaraşov kimi təcrübəli bir kadrın Lənkərana rəhbərlik etməyə başladığı ilk gündən demək olar ki, Lənkəran həyatının ikinci baharını yaşamaqdadır.

Bugün həqiqətən də Lənkəran o qədər gözəl inkişaf edib və o qədər gözəlləşib ki, istər şəhərin göz oxşayan park və küçələri, istərsə də Lənkəranın bir birindən gözəl kəndlərinin füsunkar təbiəti insanı valeh edir.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, bugün Lənkəran əhalisi sözün əsl mənasında möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun xarici və daxili siyasətini ürəkdən dəstəkləyir.

Bəli, bugün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov möhtərəm cənab prezidentimizin bütün tövsiyə və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməklə sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Kainatpress.tv internet televiziyası olaraq bugün biz də Lənkəran əhalisinə uzun ömür, Heydər Əliyev irsinin layiqli təbliğatçısı olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova isə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.


 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.