Reklam

Keçmiş Bakı Tikiş Fabrikinin Bakının Nəsimi rayonunda Cavadxan küçəsi 64 ünvanında yerləşən Yataqxana binasının zirzəmisindəki mövcud antisanitar vəziyyət və Yataqxana sakinlərinin narazılığı

Gündəm

Keçmiş Bakı Tikiş Fabrikinin Bakının Nəsimi rayonunda, Cavadxan küçəsi, 64 ünvanında yerləşən 9 mərtəbəli Yataqxanasının zirzəmisi demək olar ki, əsil antisanitariya mənbəyidir. Yataqxana sakinləri Hacıyeva Aytən Ələkbər qızı, Əliyeva Bağdagül Əbülfəz qızı, Məhərrəmova Nəhayət Əli qızı, Allahverdiyeva Rəna Dostəli qızı və başqalarının dediyinə görə yataqxana Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq Yasamal rayon Mənzil kommunal təsərrüfatı birliyinin 138 saylı Mənzil kommunal istismar sahəsinin balansındadır. Çəkdiyimiz şəkillərdən göründüyü kimi, zirzəmi çirkab suları ilə doludur. Sakinlərin sözlərinə görə Yasamal rayon 138 saylı Mənzil kommunal istismar sahəsi yataqxananın zirzəmisindəki mövcud vəziyyətdən agah olsa da məsələyə biganə yanaşır. Kainatpress.tv internet televiziyası olaraq inanırıq ki, bu yazımızdan sonra Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Yasamal rayon MKTB-nin 138 saylı Mənzil kommunal təsərrüfatı sahəsi tərəfindən Nəsimi rayonu Cavadxan küçəsi, 64 ünvanında yerləşən 9 mərtəbəli Yataqxana binasının zirzəmisindəki mövcud antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində əməli addımlar atılacaq(ardı var)

    Rasafil Bayramov Kainatpress.tv


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.