Reklam

15 iyun - Milli Qurtuluş Günüdür!

Gündəm

15 iyun - Milli Qurtuluş Günüdür! 
        AXC-Müsavat hakimiyətinin səriştəsiz və rüsvayçı idarəçiliyi, Əbülfəz Elçibəyin qeyri peşəkar kadr seçimi ölkədə anarxiya və xaos yaratdığı bir vaxtda Azərbaycan parçalanmaq və öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Əbülfəz Elçibəy hakimiyyətinin zəifliyi və qorxaqlığından istifadə edən İsgəndər Həmidov hakimiyyətə itaətsizlik göstərərək ölkədə asayişi qorumaqla deyil şou göstərməklə məşğul olduğu bir vaxtda Rövşən Cavadovun OMON dəstələrinin özbaşınalığı, Gəncədə Sürət Hüseynovun silahlı birləşmələrinin  çevriliş cəhdləri və Bakıya doğru irəliləmələri, cənubda Əlikram Hümbətovun talış - muğan respublikası yaratmaq xülyası, şimalda Sadval hərəkatının baş qaldırması Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qoyduğu bir vaxtda nə Əbülfəz Elçibəy, nə İsa Qənbər, nə Arif Hacıyev, nə Pənah Hüseynov, nə İsgəndər Həmidov nə də Əli Kərimli Xalqın yanında olmadı. Məhz o çətin dövrdə İsa Qənbər istefa verərək canını kənara çəkməklə kifayətləndi, Prezident Əbülfəz Elçibəy isə Bakıdan Naxçıvana, Kələkiyə qaçdı. Bəli, bütün bunlar ən yaxın keçmiş və heç vaxt yaddaşlardan silinməyəcək bir tarixdir. Xalqın o çətin günündə heç Əli Kərimli də Xalqın yanında olmadı. Bəli, o dəhşətli bir vaxtda Əli Kərimli də Xalqın yanında olmağı deyil, Əbülfəz Elçibəylə birlikdə Kələkiyə qaçmağı seçdi və bu bir həqiqətdir. 
        Bəli, bu da bir həqiqətdir ki, Ölkənin, Xalqın, millətin o çətin günündə, yalnız Ulu Öndər Heydər Əliyev Xalqın yanında oldu və Xalqın təkidli tələbi ilə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan parçalanmaq müstəqilliyini itirmək təhlükəsindən qurtuluş tapdı.
         Bəli, məhz Ulu Öndər Heydər Əliyev öz həyatını riskə, təhlükəyə atmaqdan belə çəkinməyərək Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Bəli, məhz Ulu Öndər Heydər Əliyev ölkədə asayişi bərqərar etdi. Məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti, qətiyyətli uzaqgörənliyi, şəxsi nüfuzu və peşəkar idarəçilik bacarığı  sayəsində Azərbaycanın müstəqilliyi gündən günə möhkəmləndi, Azərbaycan demokratik hüquqi dünyəvi dövlətə çevrildi. Bəli, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan çoxsahəli inkişaf yoluna qədəm qoydu və qısa bir zaman ərzində çox böyük iqtisadi inkişafa nail oldu. Bəli, sadalamaqla bitməyəcək bütün bu uğurların təməli isə məhz 15 iyun - Milli Qurtuluş Günündən başladı.
       
H.Hacızadə
"Kainatpress.tv" internet televiziyasının təsisçisi və rəhbəri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.