Reklam

Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar

Gündəm

 Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

Parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.

Bakıda "Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan" parkının salınması xalqlarmız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.