Reklam

İyirmi altı ildir dəyişməyən torpaq vergisi

İqtisadiyyat

 Dəyərli Kainatpress.tv izləyiciləri bugün sizlərə torpaq vergisi haqqında danışmaq istəyirik.

Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər.

Bildiyiniz kimi bələdiyyələr fəaliyyətə başladığı vaxtdan, yəni 2000-ci ildən ölkəmizdə torpaq  vergisi bələdiyyələr tərəfindən yığılır.

Maraqlı olan isə budur ki, hələ 2000-ci ildən 0,01 hektar torpaq sahəsinə görə torpaq vergisi 0,60 manat müəyyən edilib və bugün həmin vaxtdan iyirmi altı illik bir müddət keçməsinə baxmayaraq torpaq vergisinin məbləği hələ də artırılmayıb və bugün də 0,01 hektar torpaq sahəsinə görə torpaq vergisi yenə 0,60 manat təşkil edir.

Bu iyirmi altı ildə məsələnin diqqətdən kənarda qalan digər bir tərəfi də o olub ki, ayrı-ayrı fiziki şəxslər və müəssisələr tərəfindən zəbt edilmiş torpaq sahələri üzrə də torpaq vergisinin məbləği 0,01 hektar torpaq sahəsi üçün cəmi 0,60 manat nəzərdə tutulub.

Əlbəttə ki, ayrı-ayrı fiziki şəxslər və müəssisələr tərəfindən zəbt hallarının qarşısının alınmasından ötrü zəbt edilmiş torpaq sahəsi üzrə torpaqın 0,01 hektarı üçün daha yüksək məbləğdə torpaq vergisi müəyyən edilməsi daha məqsədəmüvafiq olardı.

Ümumiyyətlə isə bugün iyirmi altı ildir dəyişməyən 0,01 hektar torpaq sahəsi üçün müəyyən edilmiş 0.60 manat torpaq vergisinə yenidən baxılaraq torpaq vergisinin məbləğinin artırılması olduqca vacibdir və bu artıq zamanın tələbidir.

Əlbəttə ki, torpaq vergisinin artırılması bugün bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması nöqteyi-nəzərindən də çox məqsədəuyğun bir addım olar.

Kainatpress.tv internet televiziyası olaraq iyirmi altı ildir dəyişməyən torpaq vergisi ilə bağlı məsələyə yenidən baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məktub ünvanlayacağıq və mövzunu diqqətdə saxlayacağıq.



 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.