Reklam

Taleh Qaraşov "Xan Lənkəran"ın inkişafına silinməz töhfələr verir...

Gündəm

 Lənkəran bu gün həm təbiəti, həm abadlığı, həm də sosial inkişafı ilə seçilən bölgələrdən biridir. Bu uğurun arxasında əlbəttə ki, Taleh Qaraşovun illərlə davam edən məqsədyönlü idarəetmə siyasəti və xalqa xidmət fəlsəfəsi dayanır.

 
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı rayonda təkcə rəhbər kimi deyil, həm də Lənkəranın müasir simasının memarlarından biri kimi qiymətləndirilir. Onun fəaliyyəti dövründə “Xan Lənkəran” təkcə tarixi adı ilə deyil, yenilənən küçələri, parkları və sosial layihələri ilə də ölkə miqyasında nümunə göstərilir.
 
Taleh Qaraşovun rəhbərliyi altında Lənkəranda geniş abadlıq işləri aparılır,
 
 Şəhərin mərkəzi küçələri, Xəzər sahili bulvarı, park və xiyabanları ildən ilə abadlaşır.
 
Məhəllədaxili yollara yeni asfalt örtüyü çəkilir, şəhərin işıqlandırma sistemi yenilənir, yaşıllıqlar artırılır.
 
 Xüsusilə “Xanbulan” istirahət zonası və sahilboyu ərazilərin abadlaşdırılması Lənkəranı bugün həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici məkana çevirir.
 
 
Taleh Qaraşovun  fəaliyyətində ən çox vurğulanan cəhətlərdən biri vətəndaşla birbaşa ünsiyyətdir ki, əlbəttə bu da çox müsbət haldır. 
 
Buna misal olaraq rayonda mütəmadi olaraq keçirilən qəbul günlərini, səyyar görüşləri qeyd etmək olar.
 
Ümumiyyətlə isə şəhid ailələri, qazilər və aztəminatlı ailələrə göstərilən diqqət, təhsil və səhiyyə ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi Lənkəranda sosial rifahın yüksəlməsinə xidmət edir.
 
 
Lənkəranın kənd təsərrüfatı, çayçılıq və sitrusçuluq ənənələri qorunub saxlanılır, eyni zamanda yeni sahibkarlıq sahələri dəstəklənir, fermerlərə qayğı göstərilir.
Onu da qeyd etmək lazımdır ki, bugün turizmin inkişafı üçün görülən işlər nəticəsində Lənkəran Azərbaycanın cənub qapısı kimi tanınmaqdadır.
Tarixi abidələrin bərpası və mədəni tədbirlərin təşkili şəhərin mədəni həyatını daha da canlandırır.
 
 
Yaşıllıqların qorunması, ağacəkmə aksiyaları və Xəzər sahilinin təmizliyi Taleh Qaraşovun daimi diqqətindədir. 
 
Nəticədə Lənkəran təkcə abad deyil, həm də ekoloji cəhətdən təmiz bir şəhər kimi formalaşmaqdadır.
 
 
Əlbəttə ki, bütün bunlar da Lənkəranlılara Taleh Qaraşovu daha da sevdirir. Çünki onun adı təkcə bir başçı kimi deyil, həm də Lənkərana qəlbən bağlı olan bir insan kimi tanınır.
 
 Bəli, bugün Lənkəranın  Küçələrində, parklarında, məktəblərində və “Xan Lənkəranın inkişafında Taleh Qaraşovun silinməz izləri var...
 
Taleh Qaraşovun hakimiyyət xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edən səmərəli fəaliyyəti sübut edir ki, əsl rəhbərlik təkcə idarə etmək deyil, həm də sevgi ilə xidmət etməkdir. 
Bəli, məhz bu sevginin nəticəsidir ki, Taleh Qaraşov Lənkəranı sevir və Lənkəranlılar tərəfindən sevilir.
 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.