Reklam

Qərəzli yazılar, əsassız ittihamlar... son günlər Hacı Məhərrəmi hədəfə alan jurnalistlər sanki fürsət axtarışındaymışlar

İqtisadiyyat

Dəyərli Kainatpress.tv izləyiciləri sosial şəbəkələrdən də izlədiyiniz kimi sentyabrın 8 də Şəkidə fəaliyyət göstərən "Şəki Yaylası" adlı istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib və bu kanat qəzası nəticəsində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib.

Təbii haldır ki, bugün dünyanın hər yerində təyyarə qəzaları, helikopterlərin yerə çırpılması, liftlərin qırılması, avtomobillərin öz özünə alışıb yanması, tavanların çökməsi, hündürmərtəbəli binaların tikilməsi zamanı istifadə olunan qülləli kranların aşması, paraşütlərin açılmaması, hətta mobil telefon aparatlarının əlimizdə partlaması kimi hallar tez-tez baş verir.

Əlbəttə ki, bu qəzalar zamanı həmin qəzaya görə nə o, qəzaya uğrayan həmin təyyarəni istehsal edən şirkət, nə o yerə çırpılan helikopterin istehsalçısı, nə o qırılan liftlərin istehsalçıları, nə o öz özünə alışıb yanan avtomobilləri istehsal edən şirkətlər, nə o tavanları çökən binaları inşa edən mühəndislər, nə o aşan qülləli kranları quraşdıran mühəndis-texniklər, nə o açılmayan paraşütü istehsal edən şirkətlər, nə də o əlimizdə partlayan mobil telefon aparatlarını istehsal edən məşhur brendlərin sahibləri ittiham olunmurlar.

Hər birimizə çox yaxşı məlumdur ki, istənilən bir təyyarə uçuş öncəsi ciddi texniki baxışdan keçirilir və uçuşa tam yararlı hesab olunarsa yalnız bundan sonra uçuşa icazə verilir. Lakin uçuşa tam yararlı hesab olunan bir təyyarə belə əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğraya bilir və əlbəttə ki, bu zaman həmin qəzaya uğrayan təyyarəyə uçuşa icazə verən komissiyanı heç kim ittiham etmir. Çünki təbiətin amansız qəzəbi önündə istənilən texnika acizdir...

Bəli, "Şəki Yaylası"nda da həmin gün məhz hava şəraitinin əlverişsiz olması səbəbindən kanat qəzası baş verib.

Təssüflər olsun ki, "Şəki Yaylası"nda baş verən bir bədbəxt hadisə bugün bir çox dırnaqarası jurnalistlər və fürsət ovçuları üçün Hacı Məhərrəmi ittiham etməkdən ötrü bir "alətə" çevrilib. Təəssüflər olsun ki, bugün jurnalist olan da jurnalist olmayan da, adını jurnalist qoyub.

Bəli, bugün "jurnalist" sözünü belə düzgün yaza bilməyənlər "Şəki Yaylası"ndan danışır, yazdıqları yazıların məsuliyyətini dərk etməyən bu fürsət ovçuları Hacı Məhərrəm kimi xeyriyyəçi bir iş adamının işgüzar nüfuzuna xələl gətirməyə məqsədli şəkildə can atırlar... Əlbəttə ki, məqsəd də bəllidir...

Kainatpress.tv internet televiziyası olaraq biz isə həmin fürsət ovçularına xatırlatmaq istəyirik ki, bugün qüvvədə olan mövcud Azərbaycan qanunvericiliyinə görə kiminsə işgüzar nüfuzuna qərəzli və ya məqsədli şəkildə xələl gətirmək məsuliyyət yaradır...




 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.