Dəyərli Kainatpress.tv izləyiciləri 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın yeniyetmə Çempionu 8 yaşlı Xan Şəhidlər xiyabanını ziyarətə gələrək Şəhidlərimizin xatirəsini yad edib.
Qeyd edək ki, Kainatpress.tv internet televiziyasının ən gənc izləyicisi olan 8 yaşlı Xanışlı Xan Razim oğlu bu il iyulun 4-də Rusiya Federasiyasının Qroznı şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq Turnirdə Çempion adını qazanıb.
Bugün Azərbaycanda Xan kimi vətənpərvər ruhda tərbiyə alan gələcək nəsillərin yetişməsi olduqca ürəkaçandır.
Onu da qeyd edək ki, Xan dəyərli dostumuz Razim Xanışovun oğludur və Razim müəllim də olduqca vətənpərvər bir insan olmaqla hər zaman Şəhid ailələri və qazilərimizin yanındadır. Əlbəttə ki, Xanın belə Vətənpərvər ruhda böyüməsində və öz Vətənini buqədər çox sevməsində də atası Razim müəllimin əməyi böyükdür.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın