Oktyabrın 2-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdaş şəhərində Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Vətəndaş qəbulu zamanı torpaq münasibətləri, şəhərsalma və tikinti fəaliyyəti, eləcə də sahibkarlıq təşəbbüsləri ilə bağlı müraciətlər dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, onların həlli imkanları nəzərdən keçirilib.



Rəy yazın