Reklam

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu deyib.

Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.

Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunublar.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.