Dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan Ulu öndər Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bəli məhz o dövrdə Xalqını, Dövlətini, Vətənini canından çox sevən Ulu Öndər Heydər Əliyev öz həyatını riskə atmaqdan belə çəkinməyərək Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yarıtmaz və dağıdıcı AXC-MÜSAVAT hakimiyyətinin səriştəsiz və rüsvayçı idarəçiliyi nəticəsində ölkədə hökm sürən anarxiya və xaosa məhz Ulu Öndər Heydər Əliyev son qoydu. Həmin o dövrdə Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Əli Kərimli hakimiyyəti və Xalqı atıb qaçdıqları zaman təkcə Ulu Öndər Heydər Əliyev öz həyatını riskə atmaqdan belə çəkinməyərək Xalqın yanında oldu və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya bildi. Bəli məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu və demokratik hüquqi bir dövlət kimi tanındı. Fəxrlə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyev Ermənistan üzərində tarixi qələbə qazanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə şanlı Zəfər tarixinə qızıl imza atmış oldu.
"Kainatpress.tv" nin rəhbəri: H. Hacızadə



Rəy yazın