İyunun 27-də millət vəkili Müşfiq Məmmədli, Quba rayon icra hakimiyyəti başçısının Giləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səbuhi Cəfərov və Quba rayonu Söhüb bələdiyyəsinin sədri Hacıbala Hacıyevin iştirakı ilə Quba rayonunun Afurca kəndində pilot layihə olaraq tütün sahəsində əkilmiş tütün tinglərinin inkişafına baxış keçirilmiş, tütün sahəsində görülən işlər və gələcək istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qeyd edim ki, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba rayonu Söhüb bələdiyyəsinin sədri Hacıbala Hacıyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun rəhbərliyinin, bilavasitə Faiq Xudayev və Elmi işlər üzrə direktor müavini Sevinc Məmmədovanın dəstəyi ilə institutun elmi işçisi Qabil Kazımovun iştirakı ilə institutun öz sortlarından (Virciniya tipli Bəhlul 87, İslam 35, Şərq gözəli) istifadə olunmaqla əkin aparılmışdır. Yaxın zamanda sahədə "tarla seminarı"nın da təşkil edilməsi nəzərdə tutulur.



Qabil Kazımov - Əkinçilik İnstitutunun elmi işçisi



Rəy yazın