Reklam

1 iyul Fikrət Məmmədovun doğum günüdür!

Gündəm

 

Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib. Həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq-mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprelində ədliyyə naziri təyin edilib. 

Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub.

2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir və bu vəzifəyə dəfələrlə yenidən seçilib.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Fikrət Məmmədov Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən Fevralın 23-də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

O, daha əvvəl "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına, "Şöhrət", 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2025-ci il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

Bugün biz də Kainatpress.tv internet televiziyası olaraq dəyərli Fikrət müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik, Fikrət müəllimə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.