Reklam

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar

Gündəm

 

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar

17 iyul 2025, 13:25
İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən güllələnmiş heykəllərinə baxıblar.

İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.