Şəkildə gördüyünüz bu şəxs Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin sədri Əziz Zeynalovdur. Təəsüflər olsun ki, bu şəxs özünü bir Bələdiyyə sədri kimi yox dırnaqarası desək "Nəsimi Xanı" kimi aparır. Kainatpress.tv internet televiziyası olaraq istər saytımızın özündən, istər Instagram, istər Facebook, istər Tiktok səhifələrimizdən istərsə də X hesabımızdan, həmçinin də hər kəsə açıq olan Nizamnaməmizdən və Fəaliyyət Planımızdan bəlli olduğu kimi "kainatpress.tv" internet televiziyası olaraq məqsədimiz Ümummilli Lider Heydər Əliyev ideyalarını yaşatmaq, möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət nəticəsində bugün Azərbaycanımızın əldə etdiyi uğurları geniş və davamlı şəkildə təbliğ etməkdir. Əlbəttə ki, bu istiqamətdə fəaliyyətimizlə bağlı yolumuz müxtəlif rayon icra hakimiyyətlərinə və bələdiyyələrə də düşməsi təbii haldır. Lakin çox təəsüflər olsun ki, Bakı şəhər Nəsimi rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov özünü bir Bələdiyyə sədri kimi yox sözün əsl mənasında bir əyalət xanı kimi aparır və Kainatpress.tv internet televiziyasının hətta təsisçisi və rəhbəri olan şəxsin özünü belə qəbul etməyi özünə rəva bilmir. Hansı ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan bugün tam demokratik bir dövlətdir və möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində bugün Azərbaycanda azad mətbuat mövcuddur və kainatpress.tv internet televiziyası olaraq bugün tam məsuliyyətimlə deyə bilərəm ki, təkcə Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsindən (Nəsimi Xanlığından) başqa Azərbaycanda fəaliyyət göstərən Nazirliklərin, komitə, icra hakimiyyətləri və bələdiyyələrin qapısı mətbuata açıqdır. Lakin Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin, dırnaqarası desək Nəsimi Xanı Əziz Zeynalovun qapısının Kainatpress.tv internet televiziyasına bağlı olması belə başa düşürük ki, bələdiyyələrin seçkili orqan olması və bu səbəbdən də Əziz Zeynalovun özünü məhz "Nəsimi Xanı" kimi görməsindən doğur. Kainatpress.tv internet televiziyası olaraq bir daha xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikası Konstitusiya ilə idarə olunan bir prezident respublikasıdır və heç bir bələdiyyə "Xanlıq" deyil nə də Əziz Zeynalov "xan" deyil.
"Nəsimi xanı - Əziz Zeynalov"
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın