Bugün Milli Mətbuat Günüdür. Elə bu səbəbdən də istəyirəm mətbuata, və mətbuatın bugünki vəziyyətinə bir nəzər salım. Bildiyiniz kimi Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanda azad mətbuat formalaşdı, mətbuatın üzərindən senzura götürüldü və neçə - neçə xüsusi qəzet və jurnallar işıq üzü gördü, hər kəs azad şəkildə istədiyini yaza bildi, yazdığını çap edə bildi. Təəssüflər olsun ki, son zamanlar mətbuat sahəsində arzuolunmaz bir vəziyyət müşahidə olunmaqdadır. Daha dəqiq desək bugün özünə iş güc tapa bilməyən bir qrup şəxslər var ki, məhz bu insanlar mətbuata axışaraq mətbuat adı altında özlərinə dırnaqarası biznes qurublar. Acınacaqlısı da odur ki, mətbuatdan xəbəri olmayan, jurnalistika nə olduğun bilməyən bu adamların hərəsi bir yox, hətta bir neçə sayt yaradaraq, hərəsi bir neçə Tiktok səhifəsi açaraq, özlərini mətbuat "jurnalist" adlandıraraq kənd - kənd, şəhər - şəhər düşüblər ölkənin canına. İnanın ki, vəziyyət artıq rüsvayçılıq həddinə çatıb. İnanın ki, bu dırnaqarası jurnalistlər mətbuata qara ləkədir və bunun qarşısı mütləq şəkildə alınmalıdır. İnanıram ki, aidiyyatı orqanlar tezliklə bu məsələyə diqqət yetirəcək və mətbuata, jurnalistikaya aidiyyatı olmayan, heç ali təhsili belə olmayan bu insanlardan mətbuatımızı təmizləyəcəklər.
Hacağa Hacızadə - kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın