Reklam

VƏTƏNDAŞ MƏMNUNİYYƏTİ - Qayğıkeş məmura minnətdarlıq

Gündəm

Hər birimiz çox yaxşı bilirik ki, bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev Vətəndaş - məmur münasibətlərinə, xüsusilə də vətəndaşların qəbul məsələlərinə və müraciətlərə yerində baxılaraq problemlərin həll edilməsinə, vətəndaşlara köməklik göstərilməsinə çox böyük önəm verir. Bu yaxınlarda mən də bir məsələ ilə bağlı Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qəbulunda oldum və bir vətəndaş olaraq həmin qəbul mənə olduqca çox xoş təəssürat bağışladığına görə bu yazını yazmağı özümə borc bildim. Çünki mən hələ belə qeyri-adi bir qəbul, vətəndaşlara bu qədər isti bir  yanaşma daha əvvəl hardasa görməmişdim. Bəli, Coşqun müəllim zala daxil oldu və öncə qəbula gələn vətəndaşlara tək tək yaxınlaşaraq bir bir hər kəsin əlini sıxdı, daha sonra isə ən yaşlı vətəndaşdan başlayaraq hər bir vətəndaşı tək tək ayaq üstə, həm də hər bir vətəndaşın əlini əlinin içində tutaraq dinlədi, hər bir kəsin probleminin həllinə yerində göstəriş verdi. Həqiqətən də çox gözəl bir mənzərə idi. Sıra mənə də çatdı, bəli Coşqun müəllim məni də qarşımda ayaq üstə dayanıb əlimi əllərinin içində tutaraq dinlədi və məsələni də elə həmin gün yerində həll etdi. O gün Coşqun müəllimi hər bir kəs özünə doğma hiss etdi, hər kəs həmin qəbuldan son dərəcə məmnun getdi. Elə ona görə də bir vətəndaş olaraq mən də bugün buradan Coşqun müəllimə bir daha təşəkkür edirəm ona çətin və məsuliyyətli işində uğurlar arzulayıram.

 Vaqif İsmayılov - hüquqşünas 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.