Xalqına və dövlətinə hər zaman sədaqətlə xidmət edən, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq olan, özünəməxsus qayğıkeşliyi və yüksək mədəniyyəti ilə seçilən Sahil Rafiq oğlu Babayev 1980 - cı ildə Bakı şəhərində polis ailəsində anadan olub.
Sahil Babayev 1996 - 2000 - ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsili alıb, 2002 - ci ildə magistr pilləsini fərqlənmə ilə bitirib.
Sahil Babayev 2010 - cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
İngilis, rus və fransız dillərini mükəmməl bilir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018 - ci ildə Sahil Babayev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin olunub.
Sahil Babayev 2018 -2025 - ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi səmərəli fəaliyyət göstərərək korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparmaqla sosial müdafiə sahəsində nəzərəçarpan irəliləyişlərə nail olub, islahatçı nazir kimi tanınıb.
Nümunəvi fəaliyyəti və yüksək peşəkarlıq xüsusiyyətləri nəzərə alınaraq Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2025 - ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə naziri vəzifəsinə təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Sahil Babayev 9 fevral 2022 - ci ildən Azərbaycan Boks Federasiyasının Prezidentidir. Ailəlidir 3 övladı var.
Nigar Kamal - Kainatpress.tv



Rəy yazın