Reklam

Keçmişini unutdurmağa çalışan dil pəhləvanının utanmazlığı

Siyasət

AXC-Müsavat cütlüyünün cəmi bir illik yarıtmaz hakimiyyəti nəticəsində Azərbaycanın düşdüyü acınacaqlı vəziyyət əlbəttə ki, hər birimizin yaxşı yadımızdadır.

Əlbəttə ki hər kəs o günləri çox yaxşı xatırlayır və illər ötüb keçsə də AXC-MÜSAVAT cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qalması, AMON-çuların ölkədə sabitliyi pozaraq anarxiya və xaos yaratması, Gəncədə Surət Hüseynovun silahlı qiyam qaldırması, cənubda Əlikram Hümbətovun talış-muğan respublikası yaratmaq cəhdləri, ölkəni idarə edə bilməyən bisavad və səriştəsiz hakimiyyət rəhbərlərinin cəbhə bölgəsini nəzarətsiz qoyub ermənilərə təslim etməsi, o dövrki daxili işlər naziri İsgəndər Həmidovun hakimiyyətə itaətsizlik göstərməsi, Surət Hüseynovun silahlı birləşmələrinin Bakıya doğru irəlilədiyini görən Əbülfəz Elçibəyin hakimiyyəti buraxaraq Kələkiyə qaçması, həmin dövrdə dövlət katibi olan Əli Kərimlinin də Əbülfəz Elçibəyin "çuxasına" sığınaraq Bakını tərk etməsi hamımızın çox yaxşı yadımızdadır.

Bəli, hər birimizin yaxşı yadımızdadır ki, məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda sabitlik bərqərar oldu, Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas ola bildi, və məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkəmizin müstəqilliyi möhkəmləndi, iqtisadiyyatımız gücləndi, neft və qeyri-neft sektoru inkişaf etdirildi, sahibkarlıq fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm əməli addımlar atıldı, Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olundu və hələ o dövrdə bugünki sülhün əsası qoyuldu.

Bəli, hər birimizin çox yaxşı yadımızdadır ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın tarixində yeni dövr başladı, ölkəmiz sürətlə inkişaf edərək demokratik hüquqi dünyəvi dövlətə çevrildi, ölkədə söz azadlığı və demokratiya ən yüksək səviyyədə vüsət aldı, cəmi 44 gün ərzində düşmən işğalı altında olan torpaqlarımız işğaldan azad edildi, Azərbaycana qarşı 33 il ərzində tətbiq edilən qadağalar məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ləğv olundu, Ermənistanla tarixi sülh sazişi əldə edildi.

Əlbəttə ki, bütün bu sadaladığım faktlar ən yaxın keçmişdə baş veriib və hər birimizin yaxşı yadımızdadır. Lakin maraqlı olan budur ki, öz keçmişini unutdurmağa çalışan Əli Kərimli bugün utanmazcasına İlham Əliyev hakimiyyətinin uğurlarına kölgə salmağa çalışır.

Fakt isə budur: məhz prezident İlham Əliyevin sayəsində 

1. Düşmən işğalı altında olan torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad edilib

2. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınmasına başlanılıb

3. Ermənistan və Azərbaycan arasında Sülh Sazişinin imzalanmasına nail olunub

4. İnsan hüquq və azadlıqları təmin edilir 

5. Ölkədə ictimai asayiş qorunur 

6. Azərbaycan beynəlxalq aləmdə nüfuzu möhkəmlənir

7. Ölkədə Demokratiya və söz azadlığı    mövcuddur 

8. Ölkədə yüz minlərlə yeni iş yeri açılıb 

9. Sahibkarlığın, xüsusən də orta və kiçik biznesin inkişafı üçün səmərəli şərait yaradılıb 

10. Demokratik seçki institutu formalaşdırılıb 

Əlbəttə ki, mən möhtərəm prezidentimiz cənab İlham Əliyevin sayəsində ölkəmizin əldə etdiyi uğurları və bugün ölkəmizdə müşahidə olunan elmi-mədəni, sosial-iqtisadi, sürətli dinamik inkişafı cəmi bir yazı ilə ifadə edə bilmərəm. Çünki, İlham Əliyevin sayəsində ölkəmizin qazandığı uğurlar sonsuz saydadır və hər birimiz bu uğurların şahidi olmuşuq.

Əlbəttə ki, Əli Kərimli kimi dil pəhləvanı İlham Əliyevin uğurlarına kölgə sala bilməz.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.