Hər birimizə çox yaxşı məlumdur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Xalqın təkidli tələbi ilə məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanaraq qəbul edildi və Azərbaycanda sözün əsl mənasında azad mətbuat formalaşdı, ölkəmizdə azad mətbuatın azad şəkildə sərbəst fəaliyyət göstərə bilməsi üçün bütün lazımi şərait yaradıldı.
Bəli, dövlət tərəfindən mətbuat üzərindən senzuranın götürülməsi və mətbuata, jurnalistikaya və jurnalistlərə sərbəstlik verilməsi sözün əsl mənasında bu sahəyə marağı artırdı və ölkədəki mətbuat azadlığı peşəsindən və ixtisasından asılı olmayaraq, ali və orta təhsilli müxtəlif insanları mətbuata həvəsləndirdi. Beləliklə də hər hansı bir işi peşəsi olmayan bu insanlar mətbuata kütləvi şəkildə axın edərək hərəsi bir yox hətta bir neçə Tiktok səhifəsi açaraq, hər səhifəyə də "TV" ilə müxtəlif adlar qoyaraq düşüblər ölkənin canına ki, "o məmur hara baxır?", "bu məmur buna niyə icazə verib?", "filan tikinti niyə tikilir?", "filankəs filan yerdə filan tikintiyə niyə göz yumur?" və sairə...
Həqiqət isə budur ki, jurnalist sözünü düzgün yaza bilməyən, mətbuatın nə demək olduğunu anlamayan, jurnalist etikasından xəbəri belə olmayan bu insanlara hansısa bir tikintinin qanuni və ya qanunsuz olması əsla maraqlı deyil.
Bəli, bu insanlar üçün mətbuat artıq bir asan qazanc mənbəyinə çevrilib və elə bu səbəbdən də bu jurnalist olmayan jurnalistlərin açdığı saysız hesabsız Tik-tok səhifələrinin çoxunun nə kökü, nə də domeni yoxdur ki, bəzilərinin də domeni olsa belə saytı yoxdur.
Təəsüflər olsun ki, bir neçə Tiktok səhifəsi açıb, həmin səhifələri də "TV" adlandıraraq, mətbuata qazanc mənbəyi kimi baxan, jurnalist olmayan jurnalistlərin sayı bugün yüzlərlədir.
Təəssüflər olsun ki, bu saysız hesabsız dırnaqarası "TV"lər və bu jurnalist olmayan jurnalistlər bugün yalnız tikinti sahəsini hədəfə alır və ölkəmizin çoxsahəli sürətli dinamik inkişafı və əldə olunan uğurları onlara maraqlı deyil.
Ümid edirəm ki, bu yazımızdan sonra sözügedən məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək və mətbuatımız jurnalist olmayan jurnalistlərdən təmizlənəcək.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın