Tovuzun sayılıb seçilən el ağsaqqallarından olan şair-pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Cavadoğlu avqustun 30-da 95 yaşında vəfat edib.
Tovuz rayonunun Aşağı Ayıblı (indiki Eyyublu) kəndində anadan olan İsa Cavadoğlu 50 ildən çox öz doğma kəndində pedaqoji fəaliyyətlə məşğul olub, uzun müddət məktəb direktoru vəzifəsində çalışıb və bir dil-ədəbiyyat müəllimi kimi rayonda istedadlı gənclərin yetişməsinə səmərəli töhfə verib.
Şair-pedaqoq İsa Cavadoğlu öz doğma kəndində Eyyublu kənd qəbiristanlığında dəfn edilib.
Şair-pedaqoq İsa Cavadoğlunun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır Allah rəhmət eləsin!
Taleh Kazımov - Kainatpress.tv-nin bölgə müxbiri



Rəy yazın