Reklam

BƏLƏDİYYƏLƏR, ONLARIN FƏALİYYƏTİ, YERLİ SAKİNLƏRİN BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ MÜNASİBƏTİ... Ayrı-ayrı bələdiyyələrin fəaliyyəti kainatpress.tv-nin Bələdiyyələr silsiləsində

İqtisadiyyat

Bildiyimiz kimi Azərbaycan Respublikasında bələdiyyələr 1999-cu ildə yaradılıb və ölkədə ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib.

1999-cu ildə ölkədə ilkin olaraq 2700 bələdiyyə yaradılmış olsa da sonradan bir sıra kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilib.

Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.

Hal-hazırda Azərbaycanda 685 bələdiyyə fəaliyyət göstərir ki, 685 bələdiyyə üzrə seçilmiş bələdiyyə üzvlərinin sayı 8071 nəfər təşkil edir.

Bəs bugün ölkədə bələdiyyələrin fəaliyyəti yerli sakinləri qane edirmi? 

Bugün bələdiyyələr sosial müdafiə və sosial inkişaf, həmçinin iqtisadi inkişaf proqramlarının, eləcə də ekoloji proqramların qəbulu və icra edilməsini necə həyata keçirir və bu istiqamətdə bələdiyyələr hansı işləri görür? 

Kainatpress.tv internet televiziyası olaraq biz də 2025-ci ilin oktyabr ayının 1-dən başlayaraq "Bələdiyyələr, onların fəaliyyəti, yerli sakinlərin bələdiyyələrin fəaliyyətinə münasibəti" mövzusunda ölkəmizdə fəaliyyət göstərən ayrı -ayrı bələdiyyələrin fəaliyyəti haqqında silsilə yazılarımızı kainatpress.tv izləyicilərinə davamlı olaraq təqdim edəcəyik.

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.