Reklam

Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əyyublu kəndində səyyar qəbulu keçirilib

İqtisadiyyat

 

İcra başçısının səyyar qəbulu Əyyublu kəndində keçirilib.
 
    Tovuz rayon İcra Hakimiyyətinin başçısı  Məmməd Məmmədovun səyyar qəbulu rayonun Əyyublu kəndində keçirilib.
    Əyyublu kəndində keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və
kənd sakinləri iştirak ediblər.
    Qəbulda Əyyublu kənd sakinlərini maraqlandıran məsələlər dinlənilib və səslənən müraciətlər ilə bağlı aidiyyatı idarələrə tapşırıqlar verilib. Müraciətlərin bəziləri yerində həll olunub, digərlərinin icrası isə nəzarətə götürülüb.
    Əyyublu sakinləri regionlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 
 Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.