Reklam

Tovuzda şəhidlərin xatirəsi böyük ehtiramla yad olunur

Təhsil

“27 Sentyabr – Anım Günü” münasibətilə Tovuz rayonunda şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq ziyarətlər təşkil olunub. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib, onların şücaəti xatırlanıb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Çatax, Qaralar, Qaradaş və Çeşməli kəndlərində yerləşən şəhid məzarları ziyarət edilib.  Ziyarət zamanı məzarların üstünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Qəhrəman şəhidlərimizin göstərdiyi igidlik və Vətənə sədaqət xüsusi vurğulanıb, onların xatirəsi ehtiramla yad olunub. Ziyarətdən sonra şəhid ailələri və müharibə əlilləri ilə söhbətlər aparılıb, onların istək və təklifləri dinlənilib. İcra başçısı Məmməd Məmmədov bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qürur mənbəyidir və onların ailələri dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunur. “Şəhid ailələrinə xidmət göstərmək bizim mənəvi borcumuzdur” deyə O qeyd edib.

   Sonda şəhid ailələri göstərilən diqqət və şəhidlərin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
 Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.