Təhsil
26 sentyabr 2025-ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Milli iradə və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, MİHİ Qazax rayon komitəsinin sədri, əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov, şəhid anaları, qazilər və məktəblilər iştirak ediblər. 44 günlük Vətən müharibəsində iştirak etmiş və müxtəlif medallarla təltif olunmuş qazi Cəfərov Oruc Füzuli oğlu da tədbirdə yer alıb.
İlk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub. Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə baş çəkib, memorial kompleks üzərinə tər çiçəklər düzərək, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçib, onların əziz xatirəsini yad ediblər.
Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 44 günlük Vətən müharibəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi keçirilib. Daha sonra Mədəniyyət Mərkəzində tədbir davam etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şanlı Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Anım və Şərəf Günü” adlı film nümayiş etdirilib. Mövzu ətrafında çıxışlar edilib.
İlk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub. Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinə baş çəkib, memorial kompleks üzərinə tər çiçəklər düzərək, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçib, onların əziz xatirəsini yad ediblər.
Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 44 günlük Vətən müharibəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi keçirilib. Daha sonra Mədəniyyət Mərkəzində tədbir davam etdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şanlı Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Anım və Şərəf Günü” adlı film nümayiş etdirilib. Mövzu ətrafında çıxışlar edilib. Şəhid anası Rəna xanım Osmanova oğlu, Şəhid Kapitan Rövşən Pənahovun döyüş yolundan söz açaraq qeyd edib ki, bütün şəhidlərin hər biri bir qəhrəmandır, bu gün hər kəs onlarla fəxr edir, qürur duyur. Azərbaycan xalqı var olduqca şəhidlərimiz qəlblərdə daim əbədi yaşayacaq, gələcək nəsillərə onların qəhrəmanlığı və şücaəti vətənpərvərlik nümunəsi olacaq.
Ölkə Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman şəhid ailələrinə göstərdikləri diqqət və qayğı üçün minnətdarlıq bildirilib.
Tədbir mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
27 Sentyabr – Anım Günü ilə əlaqədar MİHİ Qazax rayon komitəsinin dəstəyi ilə bir qrup mədəniyyət işçisi 44 günlük Vətən müharibəsi şəhidi Anar Vəliyevin evini ziyarət edib, onun xatirəsinə yaradılmış xatirə guşəsinə baxış keçiriblər. Görüş zamanı ən gənc şəhidimizin valideynləri onun göstərdiyi qəhrəmanlıq haqqında, döyüşdə göstərdiyi cəsurluq haqqında xatirələrini danışıblar, ruhuna dərin ehtiramlarını bildiriblər.
Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur.
Qazax Dövlət Rəsm Qalereyasının bir qrup əməkdaşı 24 sentyabr 2025-ci il tarixində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canını Vətən uğrunda fəda etmiş şəhid Oruс Qasımovun məzarını ziyarət etmişdir.
Ziyarət zamanı şəhidin məzarı üstünə güllər düzülmüş, ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir. Oruс kimi qəhrəman oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi igidlik və vətənpərvərlik gələcək nəsillər üçün örnək olacaqdır.

Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın