Reklam

Əli Kərimlinin bitib tükənməyən cəfəngiyatı

Gündəm

Əlbəttə ki, hər birimiz hələ 92-ci ildən AXC-MÜSAVAT cütlüyünün bir illik yarıtmaz hakimiyyəti dövründən Əli Kərimlinin necə bir qorxaq və yalançı olduğunu yaxşı bilirik.

Gəlin hələ o dövrə nəzər salaq görək AXC-MÜSAVAT hakimiyyətində "dövlət katibi" kimi çox mühüm bir post tutan həmin Əli Kərimli bu dövlət, bu Xalq üçün faydalı ola biləcək bir iş gördümü? 

AXC-MÜSAVAT hakimiyyətinin "dövlət katibi" kimi heç olmasa bircə dəfə cəbhə bölgəsində oldumu? 

AXC-MÜSAVAT hakimiyyətinin "dövlət katibi" kimi heç olmasa bir nəfər şəhidin dəfnində iştirak etdimi?

AXC-MÜSAVAT hakimiyyətinin "dövlət katibi" kimi heç olmasa cəmi bircə dəfə Xalqın içərisində oldumu?

AXC-MÜSAVAT hakimiyyətinin "dövlət katibi" kimi heç olmasa bircə dəfə bir qaçqının yanında oldumu? 

AXC-MÜSAVAT hakimiyyətinin "dövlət katibi" kimi o dövrdə ölkədəki çörək qıtlığını, ərzaq çatışmazlığını bircə dəfə olsun dilə gətirdimi?

Ölkənin AXC-MÜSAVAT hakimiyyətinin saldığı çətin vəziyyətdən çıxması üçün bir "dövlət katibi" kimi hansısa səmərəli təklif verdimi?

Əlbəttə ki, yox. Hər kəs yaxşı bilir ki, Əli Kərimli bu saydıqlarımın heç birini etmədi, Xalq üçün heç bir iş görmədi. 

Bircə dəfə də olsun cəbhə bölgəsinə getmədi,

Bircə nəfər şəhidin belə dəfnində iştirak etmədi,

Bircə dəfə də olsun Xalqın içərisində olmadı,

Heç vaxt, heç bir qaçqının yanında olmadı,

Heç vaxt bircə dəfə də olsun nə ölkədəki çörək qıtlığını, nə ərzaq çatışmazlığını, nə də Xalqın o dövrdəki bitib tükənməyən problemlərini dilinə gətirmədi, 

Xalqın rifahı üçün heç bir təklif vermədi.

Çünki o vaxt Əli Kərimliyə nə Xalq, nə də bu Xalqın problemləri maraqlı deyildi. Ona vəzifə lazım idi və o, "dövlət katibi" kimi çox mühüm bir vəzifəyə də yiyələnə bilmişdi.

Bəli, məhz buna görə də o dövrdə Əli Kərimliyə nə cəfəngiyat uydurmaq, nə də özünün "saxta qəhrəman" obrazını yaratmaq maraqlı deyildi.

Bugün isə Əli Kərimliyə vəzifə lazımdır. Ona görə də indi Əli Kərimlinin yeganə məqsədi yalnız cəfəngiyat uydurmaq, özünün "saxta qəhrəman" obrazını yaratmaq, özünün utancverici keçmişini Xalqa unutdurmağa çalışmaq və Xalqı çaşdırmaqdır.

Amma Əli Kərimli başa düşmür ki, tarix heç vaxt unudulmur və Azərbaycan Xalqı həmin Əli Kərimlinin Əbülfəz Elçibəyin çuxasına sığınaraq hakimiyyəti buraxıb qaçmasını hələ də unutmayıb...

Əli Kərimli hələ də başa düşmür ki, bugün Xalq onun cəfəngiyatlarına inanmır və onun "saxta qəhrəman" obrazına aldanmır...

 Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri 




Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.