Lökbatan bələdiyyəsi paytaxtın qəsəbə bələdiyyələri içərisində öz dəsti xətti ilə seçilən ən nümunəvi və işgüzar bələdiyyələrdən biridir.
Lökbatan Bələdiyyəsinin 15 üzvü var. Lökbatan bələdiyyəsi 58 minə yaxın əhaliyə xidmət edir.
Kainatpress.tv internet televiziyası əməkdaşlarının qəsəbə sakinləri ilə söhbəti zamanı qəsəbə əhalisinin bələdiyyə sədri Tahir Abbasovdan və ümumilikdə Lökbatan Bələdiyyəsinin fəaliyyətindən yüksək razılıq ifadə etdikləri məlum oldu.
Sakinlər bildirdilər ki, bələdiyyə üzvləri yerli əhali ilə mütəmadi olaraq sıx təmasda olur, onların problemləri ilə maraqlanır, təkliflərini öyrənir, sakinləri faydalı təşəbbüskarlığa həvəsləndirirlər.
Sakinlərlə söhbət zamanı onu da bildirdilər ki, "Novruz", "Ramazan" və "Qurban" bayramlarında Lökbatan bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə və ehtiyacı olanlara mütəmadi olaraq bayram sovqatları verilir, maddi köməklik göstərilir.
Lökbatan bələdiyyəsinin sədr müavini Türkan Məmmədli ilə söhbətimiz zamanı Türkan xanım, Lökbatan bələdiyyəsi tərəfindən "sosial müdafiə" və "sosial inkişaf" proqramlarının qəbul olunaraq müvəffəqiyyətlə icra edildiyini, aztəminatlı ailələrin, imtiyazlı vətəndaşların və qayğıya ehtiyacı olan şəxslərin mütəmadi olaraq bələdiyyənin diqqət mərkəzində saxlanıldığını, 23 nəfər şəhidin hər birinin ailəsinə xüsusi qayğı ilə yanaşıldığını bildirdi.
Türkan xanım həmçinin, bələdiyyə tərəfindən bir sıra "iqtisadi inkişaf proqramları" və "ekoloji" proqramların da uğurla icra edildiyini, qəsəbə ərazisində abadlıq - quruculuq işləri ilə bağlı mütəmadi iməciliklərin keçirildiyini də qeyd etdi.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın