Reklam

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhər stadionunda görülən işlərlə tanış olub

İqtisadiyyat

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhər stadionuna baş çəkib. Stadionda  aparılan tikinti, yenidənqurma və bərpa işlərinə baxış keçirilib.

    İcra başçısı stadionda ot örtüyünün yenilənməsi prosesi ilə yaxından tanış olub. Bildirilib ki, həyata keçirilən işlər futbolçular üçün daha yaxşı şəraitin yaradılmasına, stadionun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Məmməd Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan futboluna verdiyi dəyər və bu sahənin inkişafına göstərdiyi davamlı diqqət və qayğı bütün bölgələrdə idman infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi ilə öz təsdiqini tapır. Tovuz şəhər stadionunda aparılan genişmiqyaslı tikinti və bərpa işləri də məhz bu yüksək diqqət və qayğının bariz nümunəsidir. İcra başçısı stadionda  görülən işləri yüksək qiymətləndirərək Tovuz Rayon İcra Hakimiyyətinin "Turan Tovuz" futbol klubuna hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.
   Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.