Şəkildə gördüyünüz bu çörək sexi paytaxtın Binəqədi rayonunda, 8 - ci mikrorayon ərazisində fəaliyyət göstərir.
Şəkildən də göründüyü kimi bu çörək sexi antisanitariya şəraitində fəaliyyət göstərir və burada əhalinin sanitariya - epidemioloji salamatlığı təmin edilmir.
Şəkildən də göründüyü kimi "çörəyin soyutma sahəsi" adlanan bu otaqda çörəkləri kağız paketlərə yığan bu iki şəxsin üzərlərində xalat, başlarında papaq yoxdur.
Antisanitariya şəraitində fəaliyyət göstərən bu çörək sexinin idarəedicisi Fikrət adlı şəxsin olduğunu öyrənə bilsək də həmin Fikrət adlı şəxsin özü ilə əlaqə yarada bilmədik. Özünü təqdim etmədən əməkdaşlarımıza yaxınlaşan şəxs isə çörək sexinin fəaliyyəti haqqında məlumat vermək əvəzinə bizim özümüzü günahlandırdı...
Əlbəttə ki, şəkildə gördüyünüz bu mənzərə bizdə bu çörək sexinin sanitar - gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərməsi təəssüratını yaratdı və bu səbəbdən də biz Kainatpress.tv internet televiziyası olaraq Binəqədi rayonu, 8 - ci mikrorayon ərazisində fəaliyyət göstərən bu çörək sexinin fəaliyyətinin yoxlanılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə də rəsmi müraciət edəcəyik və müraciətimizin nəticəsi ilə bağlı Kainatpress.tv izləyicilərinə ətraflı məlumat verəcəyik.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın