Reklam

Tovuzda Vətən Müharibəsi iştirakçısı vəfat edib

Təhsil

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, birinci qrup əlili, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev uzunsürən xəstəlikdən sonra vəfat edib.

    V.Tağıyev Aşağı Öysüzlü kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər. 
    44 günlük Vətən Müharibəsi iştirakçısı Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Ailəli idi, 2 övladı var.
    Allah rəhmət etsin.
  Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.