Bildiyimiz kimi bugün ictimai nəqliyyat əhalinin böyük bir hissəsi tərəfindən gün ərzində ən çox istifadə edilən sərnişindaşıma vasitəsidir.
Elə bu səbəbdən də Kainatpress.tv əməkdaşları da 535 və 557 saylı müntəzəm marşrut xəttinin fəaliyyəti ilə maraqlanıblar və daşıyıcı tərəfindən sərnişinlərə göstərilən xidməti müşahidə ediblər.
Araşdırmalarımız zamanı istər 535, istərsə də 557 saylı müntəzəm marşrut avtobuslarında daşıyıcı tərəfindən sərnişinlərə göstərilən xidmətin yüksək səviyyədə təşkil edildiyi və hər iki marşrut xətti üzrə daşıyıcının nümunəvi xidmət göstərdiyi, daşıyıcı tərəfindən hər iki marşrut xətti üzrə intizamlı sürücülərin seçildiyi, xidmətin keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanıldığı məlum olub.
Qeyd edək ki, daşıyıcı şirkətin rəhbəri Razim müəllimlə söhbətimiz zamanı şirkət rəhbəri sahibkarlara yaradılan yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə edərək hər iki müntəzəm marşrut xətti üzrə avtobus parkının mütəmadi olaraq yeniləndiyini, 535 saylı müntəzəm marşrut avtobuslarının da yaxın günlərdə kart sisteminə keçiriləcəyini, daşıyıcının əsas məqsədinin sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək olduğunu bildirdi.
Kainatpress.tv internet televiziyası olaraq biz də istər 535 istərsə də 557 saylı müntəzəm marşrut avtobuslarının sərnişinləri ilə apardığımız söhbətlərdən sərnişinlərin də hər iki marşrut xəttinin xidmətindən məmnunluq ifadə etdiklərinin şahidi olduq və hər iki marşrut xəttinin sərnişinləri onların bu müntəzəm marşrut avtobuslarının fəaliyyətindən razılığını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin diqqətinə çatdırmağımızı xahiş etdilər.
Kainatpress.tv internet televiziyası olaraq biz də daşıyıcıya nümunəvi fəaliyyətində uğurlar arzulayırıq.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın