Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ay əvvəl başlayan və qazıntı işləri zamanı ərazidən keçən su xəttinin, eləcə də qonşunun evinin divarının zədələnməsinə səbəb olduğuna görə tikintisi dayandırılan mübahisəli obyektdə iş yenidən davam edir.
Hazırda şıdırğı iş gedən bu tikintiyə rəhbərlik edən Ədalət adlı şəxs isə yenə də nə təhlükəsizlik qaydalarına, nə də əmək normalarına əməl etmir.
Ümumiyyətlə isə tikintinin önündə məlumat lövhəsi də yoxdur.
Tikinti həyata keçirilən ərazinin qarşısında yolun piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsi də bərbad vəziyyətə salınıb.
Kainatpress.tv internet televiziyası olaraq sözügedən tikinti ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmək Müfəttişliyinə və Avtomobil Yollarının Mühafizəsi Xidmətinə də rəsmi sorğu ünvanlayaraq nəticəsi barədə əlavə məlumat verəcəyik.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın