Gündəm
26 yanvar tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüş keçirib.
Görüş zamanı Monqolustanın WUF13-də iştirak məsələləri, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlərə toxunulub. Həmçinin ölkələrimizin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi aparılıb.
Komitə sədri Anar Quliyev səfirin Azərbaycandakı diplomatik missiyasının başa çatması ilə əlaqədar ikitərəfli münasibətlərin inkişafına verilən töhfəyə görə səmimi minnətdarlığını bildirib, ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.



Rəy yazın