2 fevral - Gənclər Günüdür!
Bu tarixin gənclər günü kimi qeyd olunması məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə və müstəqil Azərbaycanın gələcəyinə vermiş olduğu yüksək dəyərin təzahürüdür və bu tarix - 2 fevral məhz 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "Gənclər Günü" elan edilib.
Bəli, dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə yeni bir dövr başladı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu.
Azərbaycanı parçalanmaq və öz müstəqilliyini itirmək təhlükəsindən çox böyük məharətlə xilas edən Ulu Öndər Heydər Əliyev təkcə bununla kifayətlənmədi və öz Xalqının və müstəqil Azərbaycanın xoşbəxt gələcəyini düşünərək dövlətin möhkəmlənməsinə və gələcək sağlam inkişafına xidmət edəcək gənclər siyasətini həyata keçirməyə başladı.
Bəli, məhz Ümummilli Lider Heydər Əliyevin dəstəyi və həyata keçirdiyi uğurlu gənclər siyasətinin icrası olaraq gənclərə inam artırıldı, gənc kadrlar bir sıra yüksək ictimai-siyasi vəzifələrə irəli çəkildilər və çox qısa zamanda Azərbaycan gəncliyi Ulu Öndərin bu böyük etimadını yüksək səviyyədə doğrultmuş oldu.
Çox böyük minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev də bugünkü müasir Azərbaycan gəncliyinə böyük etimad göstərməklə gənclərin öz bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirə bilmələri üçün tam sağlam bir mühit yaratmışdır.
Bəli, bugün müasir Azərbaycan gəncliyi möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir və möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyin və sarsılmaz Hakimiyyət-Xalq birliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Razim Xanışov



Rəy yazın