Dəyərli Kainatpress.tv izləyiciləri heç kimə sirr deyil ki, Əli Kərimli bir satqındır və onun hələ səriştəsiz AXC hakimiyyəti dövründən üzü bugünə qədər gəlib çıxan həyat yoluna və dırnaqarası siyasi fəaliyyətinə nəzər saldıqda Əli Kərimlinin necə bir satqın, xain və şərəfsiz olduğunu çox asan şəkildə görmək olur.
Hələ həmin dövrdə yarıtmaz AXC hakimiyyətinin yarıtmaz dövlət katibi olan, nəinki tutduğu vəzifəyə, oturduğu kürsüyə, heç vətəndaşlığa da layiq olmayan şəxsiyyətsiz Əli Kərimli Ölkədə anarxiya - xaos hökm sürdüyü bir vaxtda Xalqın yanında olmaq əvəzinə bir Surət Hüseynovun qorxusundan uşaq kimi Əbülfəz Elçibəyin çuxasına sığınıb Kələkiyə qaçmışdı və dovşan kimi gizlənərək məhz Ulu Öndər Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində ölkədə anarxiya və xaos yatırıldıqdan, ictimai asayiş bərqərar olduqdan sonra meydana çıxmışdı...
Bəli, heç kimə sirr deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə vüsət alan sürətli inkişafı və çoxsaylı uğurları xain və satqın, şərəfsiz Əli Kərimli hər zaman məqsədli olaraq tənqid hədəfinə çevirməklə Azərbaycanın yüksələn xətt üzrə davam edən çoxsaylı uğurlu inkişafına kölgə salmağa çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin böyük İradəsi və bilavasitə rəhbərliyi altında hazırlanmış Konstitusiya Aktının əsasında ölkədə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə zəmin yaradan demokratik mühitin yaradılmasını, Azərbaycanın demokratik hüquqi bir dövlət olmasını danmağa çalışan şərəfsiz Əli Kərimlinin bütün çıxışlarında Azərbaycanı gözdən salmaq istəməsi də heç kimə sirr deyil...
Bəli, satqın və şərəfsiz, şəxsiyyəti olmayan xain Əli Kərimli azərbaycanlı adına bir qara ləkədir.
Hələ Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə yaradılmış və bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla qorunub saxlanılan demokratik mühitdən və söz azadlığından aşkar surətdə xaincəsinə istifadə edən satqın Əli Kərimli o qədər qudurdu ki, hətta hakimiyyəti ələ keçirmək həvəsinə düşdü və əlbəttə ki, onun bu iyrənc niyyəti çox qısa zamanda ifşa olundu.
Əlbəttə ki, ən yaxın keçmişə nəzər salan hər bir kəs çox yaxşı başa düşür ki şəxsiyyətsiz Əli Kərimlinin bir satqın olması danılmazdır!
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın