Qarşıdan müqəddəs Qurban bayramı gəlir və bu müqəddəs bayram hələ qədimdən bəri gizli də olsa hər il qeyd edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Ulu Öndər Heydər Əliyev ölkəmizdə müqəddəs Qurban bayramının yüksək səviyyədə qeyd olunmasına çox böyük önəm verirdi və artıq bu müqəddəs bayram aşkar surətdə qeyd olunurdu. Bugün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev də ölkəmizdə müqəddəs Qurban bayramının yüksək səviyyədə qeyd edilməsinə çox böyük önəm verir və hazırda da Azərbaycanın hər bir guşəsində Qurban bayramının keçirilməsinə çox böyük hazırlıq işləri görülür. Bugün bir ağsaqqal kimi mən də başda cənab prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Xalqımızı qarşıdan gələn müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm . Bayramınız mübarək!
Rasafil Bayramov.
"ATATV.az" saytının təsisçisi və rəhbəri



Rəy yazın