Azərbaycanın ilk poliqrafçı alimi, görkəmli yazıçı Şəddat Muğdat oğlu Cəfərov 1940-cı ildə anadan olub.
1985-ci ildə Sov. İKP MK-nin göstərişi ilə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin olunub və Şəddat Cəfərov çox qısa zamanda bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirə bilib.
Xalqımızın başına gətirilən qanlı 20 yanvar hadisələrindən sonra Şəddat Cəfərov öz doğma vətəninə qayıtmış və bir müddət o dövrki mətbuat və informasiya nazirinin köməkçisi kimi fəaliyyətini davam etdirmişdir.
Poliqrafiya sahəsinə qəlbən bağlı olan Şəddat Cəfərov yenidən öz sevimli peşəsinə qayıdaraq 1991-1992 ci illərdə 3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993 cü illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, "Göytürk" mətbəəsinin direktoru, 1994-1998 ci illərdə "Offset" çap kombinatında direktor, 1998-2002 ci illərdə "Şans" Nəşriyyat-Poliqrafiya mərkəzinin direktoru vəzifələrində çalışmışdır.
Qeyd edək ki, Şəddat Cəfərov 2002-ci ildən Bakı Mətbəəsi ASC-nin direktorudur.
Dəyərli Kainatpress.tv izləyiciləri Azərbaycanın ilk poliqrafçı alimi görkəmli yazıçı Şəddat Cəfərovla müsahibəni sizlərə təqdim edirik.
- Şəddat müəllim salam. Bugün sizinlə görüşməkdən və sizi salamlamaqdan çox məmnunuq.
- Şəddat m. Salam mən də sizi və bütün Kainatpress.tv izləyicilərini ürəkdən salamlayıram, xoş gəlmisiniz.
-Şəddat müəllim icazənizlə suallarımıza keçərdik...
-Şəddat m. Buyurun
- sual: Şəddat müəllim biz bilirik ki, siz Xalqımıza qarşı törədilmiş qanlı 20 yanvar hadisələrindən sonra vətənə üz tutmusunuz və hələ müstəqilliyimizin ilk illərindən bəri ölkədə baş verən ictimai-siyasi hadisələrin canlı şahidi olmusunuz. Xahiş edirik mümkünsə həmin o illərlə bağlı xatirələrinizi Kainatpress.tv izləyiciləri ilə bölüşərdiniz.
-Şəddat m. Nigar xanım həqiqətən də Azərbaycan müstəqilliyinin ilk illərində çox böyük çətinliklərlə üz-üzə qalmışdı və əlbəttə ki, heç kimə sirr deyil ki, həmin o acınacaqlı dövrdə Xalqın təkidli tələbi ilə məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasa idi bugün müstəqil Azərbaycan adlı bir ölkə mövcud olmayacaqdı.
Bəli, AXC hakimiyyətinin yarıtmaz idarəçiliyi nəticəsində ölkə çox çətin bir duruma düşmüşdü və bir tərəfdən Əlikram Hümbətovun talış-muğan respublikası yaratmaq cəhdləri, bir tərəfdən Surət Hüseynovun silahlı birləşmələrinin hakimiyyəti ələ keçirmək cəhdləri, bir tərəfdən də Rövşən və Mahir Cavadov qardaşlarının təşkil etdiyi AMON dəstələrinin özbaşınalıqları Azərbaycanın müstəqilliyini çox böyük təhlükə altında qoymuşdu və ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı.
Bu danılmaz bir həqiqətdir ki, ölkədə anarxiya və xaos hökm sürdüyü həmin o dövrdə Xalqın təkidli tələbi ilə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkədə ictimai asayiş bərqərar oldu, Azərbaycan yeni bir dövrə qədəm qoydu, cəbhə xəttində atəşkəs əldə olundu, ölkənin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edən Konstitusiyası qəbul edildi, Azərbaycan demokratik hüquqi dünyəvi bir dövlətə çevrildi və çox qısa bir zamanda ölkədə elmi-mədəni, sosial-iqtidadi sürətli dinamik inkişafa nail olundu, dövlətçiliyimiz gündən günə möhkəmləndi.
- sual: Şəddat müəllim, sizin də çox düzgün qeyd etdiyiniz kimi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoydu və istər mədəniyyət sahəsində, istər mətbuat sahəsində, istərsə də poliqrafiya sahəsində senzura tamamilə aradan qaldırıldı və yaradıcı insanlar üçün tam demokratik mühit yaradılmaqla hər bir kəsə söz azadlığı verildi. Xahiş edirik bir poliqrafçı alim olaraq bununla bağlı xatirələrinizi Kainatpress.tv izləyiciləri ilə bölüşərdiniz.
- Şəddat m. Nigar xanım tamamilə çox düz qeyd edirsiniz və mən özüm o dövrün əyani şahidi olmuşam.
Bəli, sizin də qeyd etdiyiniz kimi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış yeni Konstitusiya layihəsi bütün insan və vətəndaş hüquq və azadlıqlarını, eləcə də demokratiya və humanizm prinsiplərini özündə əks etdirməklə Azərbaycanda demokratik bir dövlətin əsasını qoymuş oldu və bununla da istər mədəniyyət sahəsində, istər mətbuat sahəsində, istərsə də poliqrafiya sahəsində senzura tamamilə aradan qaldırıldı, ölkədə azad mətbuatın formalaşması üçün bütün zəruri şərait yaradıldı, müstəqil televiziyalar, radiolar və qəzetlər fəaliyyətə başladı, poliqrafiya sahəsində də sərbəst bir mühit formalaşmış oldu, hər kəsə söz azadlığı verildi. Əlbəttə ki, bir poliqrafçı kimi bunu mən də öz fəaliyyətimdə yaxından hiss etdim.
- sual: Şəddat müəllim, bildiyiniz kimi möhtərəm prezidentimiz, müzəffər ali baş komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini həyata keçirərək cəmi 44 günə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək erməni tapdağı altında olan dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Xahiş edirik bu tarixi qələbə barədə fikirlərinizi Kainatpress.tv izləyiciləri ilə bölüşərdiniz.
- Şəddat m. Nigar xanım, hər bir azərbaycanlı kimi bugün mən də bu tarixi qələbəmizdən böyük qürur duyuram və müzəffər ali baş komandan cənab İlham Əliyevə dərin minnətdarlığımı ifadə etmək istəyirəm.
-sual: Şəddat müəllim, bir poliqrafçı alim olaraq bugün poliqrafiyanın vəziyyəti sizi qane edirmi? və bugün gənc poliqrafçılara nə tövsiyə edərdiniz?
- Şəddat m. Nigar xanım, əlbəttə ki, bugün möhtərəm prezidentimiz cənab İlham Əliyev poliqrafiya sahəsinə böyük diqqət göstərir və poliqrafiyanın bugünkü vəziyyəti məni qane edir.
Gənc poliqrafçılara isə yalnız, uğurlar arzulayıram.
- Şəddat müəllim çox sağ olun, bizə vaxt ayırdığınıza və müsahibəyə görə təşəkkür edirik...
Müsahibəni qələmə aldı: Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın