Reklam

15 iyun Milli Qurtuluş Günü Azərbaycanın xilası günüdür!

Gündəm

 

15 iyun - Milli Qurtuluş Günü. Bəli, məhz bugün Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı həm müstəqil Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilası,  həm həmin dövrdə ölkədə alovlanmaqda olan vətəndaş qarşıdurmasının qarşısının alınması, eləcə də Azərbaycanın gələcəyinin, müstəqilliyinin möhkəmlənməsinin və müstəqil bir dövlət kimi gələcək inkişafının təməlinin qoyulduğu bir gündür. 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan Xalqının ən əlamətdar Bayramlarından biridir və Azərbaycan Xalqı üçün şanlı bir tarixdir. Bugün mən də bir Azərbaycan vətəndaşı kimi 15 iyun Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan Xalqını ürəkdən təbrik edirəm, Xalqımıza hər zaman sülh və əmin-amanlıq arzulayıram. Bayramınız mübarək!
 
 Rasafil Bayramov.  Kainatpress.tv

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.