Yasamal bələdiyyəsi tərəfindən rayon ərazisində mütəmadi olaraq quruculuq-abadlıq işləri aparılır, müxtəlif ünvanlarda kompleks tədbirlər həyata keçirilir.
Bələdiyyə rəhbərliyinin sakinlərlə səyyar görüşləri keçirilir, sakinlərin qayğıları ilə maraqlanılır, onların problem və təklifləri dinlənilir.
Yasamal rayonunda yaşayan aztəminatlı ailələr, ahıl şəxslər daim diqqət mərkəzində saxlanılır. Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov rayon ərazisində yaşayan ahıl şəxslərə-xəstə və qocalara yaşadıqları ünvanlarda baş çəkərək onlara müəyyən zəruri ərzaq sovqatları aparır, maddi köməkliklər göstərir.
Kainatpress.tv internet televiziyası əməkdaşlarının Yasamal sakinləri ilə söhbəti zamanı "Novruz", "Ramazan" və "Qurban" bayramları ərəfəsində aztəminatlı ailələrə, şəhid ailələrinə və ehtiyacı olan şəxslərə Yasamal bələdiyyəsi tərəfindən müxtəlif zəruri ərzaqlardan ibarət bayram sovqatlarının paylanıldığını qeyd edən rayon sakinləri ümumilikdə bələdiyyənin fəaliyyətindən razılıqlarını bildirərək Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova dərin minnətdarlıq ifadə etdilər.
Sakinlərlə söhbətimiz zamanı o da məlum oldu ki, bələdiyyə tərəfindən rayon ərazisində silsilə ekoloji aksiyalar da davam etdirilir, yaşıllıqlar salınır, müxtəlif ağac tingləri və gül kolları əkilir, mütəmadi olaraq iməciliklər keçirilir.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın