Reklam

Tibb elminin və səhiyyənin inkişaf tarixindən

Səhiyyə

Tibbin və səhiyyənin tarixi, demək olar ki, insan cəmiyyətinin tarixi qədər qədimdir. Qədim Misir papiruslarında, Çin («Neyszin»), Hind («Ayurveda»), Babilistan, yunan, Roma əlyazmalarında, həmçinin mədəniyyəti bunlardan geri qalmayan və hətta bir çox cəhətdən bunlardan üstün olan midiyalıların qədim mədəniyyət və ədəbiyyat abidəsi «Avesta»da bir sıra səhv, hətta fantastik fikirlərlə yanaşı, tibbə dair qiymətli məlumatlar vardır. Eramızdan 3500 - 1500 il əvvəl hindlilərin müqəddəs «Veda» kitablarında təbiət elmləri və tibb haqqında biliklər sistemi vardır. 

«Ayurveda»nın təliminə görə insan kainatın bir hissəsi olub, orqanizmdə dünyanı təşkil edən əsas elementlərin hamısı vardır. Həmin kitabda 150-dək xəstəlik, 760 dərman bitkisi, müalicə məqsədilə işlədilə bilən mineral maddələr (mis, dəmir, civə, arsen və s.), 120 cərrahi alət barədə məlumat verilir, iltihabın əlamətləri təsvir edilir. Yeri gəlmişkən, Ayurveda təliminə mükəmməl yiyələnmiş Nepal həkimlərinin oncildli «Ayurvedadan rəhbərlik» kitabı indiyədək qalmışdır. II Hind həkimləri qanburaxma, amputasiya, laparotomi- ya, daşçıxarma, yırtıq, plastik, həmçinin mamalıq sahəsində bəzi əməliyyatlar edirdilər.
E.ə. əsrə aid edilən «Manu qanunvericiliyi»ndə sanitariya qanunvericiliyi, əhaliyə tibbi yardımın təşkili, şəxsi və ictimai sanitariya və gigiyena qaydaları hüquqi baxımdan öz əksini tapmış, həkim etikası, deontologiya məsələlərinə toxunulmuşdur. Qədim çinlilər xəstəliklərin səbəblərini, onların fikrin¬cə, orqanizmi təşkil edən dörd elementin (torpaq, hava, su, od) miqdarca nisbətinin dəyişilməsində görürdülər (sonra- lar bu fikrə qədim dövrün bir çox görkəmli alimləri şərik olmuşlar). Çin həkimləri belə hesab edirdilər ki, orqanizm¬də daim xəstəliklə sağlamlıq arasında mübarizə gedir. 
Aktiv (kişi mənşəli) qüvvələr «yan», passiv (qadın mənşəli) qüvvələr «in» adlanır, xəstəliklər də müvafiq olaraq iki qrupa - yana (funksiyaların artması) və inə (funksiyaların azalması) bölünürdü. Çinlilər bir sıra düzgün anatomik və fizioloji təsəvvürlərə malik idilər. Bilirdilər ki, ürəyin sıxılması qanın hərəkətini təmin edir; nəbzin müxtəlif formalarını bilir və diaqnostikada nəzərə alırdılar. 
Çin təbabətində gigiyenik qaydalara, bədənin möhkəmlən¬dirilməsinə (pəhriz, masaj, gimnastika, günəş vannaları, su proseduraları və s.) xüsusi fikir verilir, bitki, heyvan, mineral mənşəli çoxlu dərmanlar hazırlanırdı. Özlərinə məxsus minillik tarixə malik iynəbatırma və dağlama üsullarına malik olan çinlilər insan bədənində 600-dək «həyat nöqtəsi» bilirdilər. 3500 il tarixi olan bir Tibet əlyazmasında göstərilir ki, ürək vurğusu bütün bədənə yayılır və hər bir orqanın damarlarında aşkar olur. Qədim Tibet həkimləri 400 xəstəliyin 1600-dən artıq variantını bilirdilər, o cümlədən, vərəm, sifilis, qurd xəstəlikləri və s. ilə tanış idilər. Tibet təbabəti əvvəlcə zərərsiz həyat tərzi, normal pəhriz, sonra dərman və axırda bıçaqla tibbi yardım göstərməyi tövsiyə edirdi. Qədim Misir həkimləri eramızdan 2000 il əvvəl xəstəliklərin 260-dək növünü ayırd etmiş, onların diaqnostikasında xarici müayinədən, palpasiyadan, nəbzdən və bədən temperaturundan istifadə etmiş, döş qəfəsinə qulaq asmışlar. Qədim misirlilər ölümdən sonrakı həyata inanır, insanların cənazəsini və «müqəddəs» heyvanları balzamlayıb saxlayırdılar. Mumiyalama prosesində insan bədəninin quruluşu haqqında məlumat əldə etmişdilər. 
Hazırda məlum olan 10-dək Qədim Misir papirusunda insanın anatomiyası (beyin, ürək, damarlar, böyrəklər, bağırsaqlar, əzələlər və s.), cərrahlıq, daxili, yoluxucu, parazitar, burun, qulaq, boğaz, göz, dəri, diş xəstəlikləri, yanıqlar, qanaxmalar və s. haqqında material vardır. Eləcə də dərmanşünaslığa dair məlumatlar, o cümlədən 900 dərman, bir çox kosmetik maddələr təsvir edilmişdir. 
Qədim Misir həkimləri xəstəliklərin səbəblərini təbii (qeyri-sağlam qida, bağırsaq parazitləri, havanın dəyişil¬məsi və s.) amillərlə yanaşı, həm də fövqəltəbii qüvvələrlə izah etdiklərindən zalım ruhları qorxutmaq üçün dərman-ların tərkibinə pis dadlı və qoxulu maddələr qatırdılar ki, onların da qəbulu qorxunc dua və cadularla müşayiət edilirdi. Bütün dünyada məşhur olan Misir həkimləri arasında İxtisaslaşma gedirdi, yəni bir həkim başı, digəri daxili orqanları, başqası gözü, dişi və s. müalicə edirdi. Ellinlərin (qədim yunanlar) fikrincə, təbabəti, xüsusən tibbidə profilaktikanı misirlilər kəşf etmişlər. Misir mədəniyyəti dünya və Avropa mədəniyyətinə, eləcə də tibbin inkişafına böyük təsir göstərmişdir. Qədim Mesopotamiyanın təbabətində e.ə. XVII – XII əsərlərdə həkimlik (asutu) və cadugərlik (aşiputu) sənəti kimi 2 əsas istiqamət formalaşmışdı. Xəstəliklərin səbəbləri sırasında fövqəltəbii qüvvələrlə (o cümlədən, icmada qəbul edilmiş hüquqi, mənəvi və digər qaydaların pozulmasına görə cəza) yanaşı, təbii hadisələr və həyat tərzi (sağlam olmayan qida, çirkab və natəmizliklə təmasda olma, çirkli çayda çimmə və s.) sayılırdı. 
Mesopotamiyanın qədim abidəsi olan Hammurapi qanunlarının bir neçə maddəsi həkimlik fəaliyyətinin hüquqi əsaslarını əks etdirirdi. Xalqın kollektiv təcrübəsinə əsaslanan gigiyenik adətlərə görə çirkli qablardan və çirkab axıdılan hövzələrdən su içmək, əlləri natəmiz saxlamaq qadağan edildi, müəyyən qidaların yeyilməsi məhdudlaşdırıldı, imkanlı adamların xəstəxanalarından əlavə qullar üçün də xüsusi məbəd xəstəxanaları təşkil edilmişdi. Şumerlərin digər elmləri kimi, şumer tibbi də çox inkişaf etmiş, Babilistan və Assuriya xalqlarının elmlərinin inkişafına güclü təsir göstərmişdir. E.ə. III minilliyə aid şumer lövhələrindəki tibbi mətnlərdə olan reseptlər göstərir ki, şumer təbibləri ən çox bitki mənşəli dərmanlardan istifadə etmiş, dərmanların tərkibinə neft, qətran, xörək duzu, yun, hətta su ilanının orqanlarını və s. daxil etmişlər. Atəşpərəstlərin mədəniyyəti və zərdüştliyin üç min ilə yaxın tarixi olan müqəddəs kitablar külliyyatı «Avesta» qədim Yunanıstanda tibbin inkişafında mühüm rol oyna¬mışdır. 
Zərdüştə görə dünyanı daim mübarizədə olan Şər (Əhriman) və Xeyir (Hörmüz) qüvvələr idarə edir və qalib cələn Hörmüz olur. Tibbdə də həmin təsəvvür öz əksini tapmışdı. Hesab edilirdi ki. bədən əsas elementlərdən (sümük, ət, beyin, qan, damar, toxuma, piy, öd) ibarətdir. Duyğu orqanları beyində yerləşir. Qan ürəkdə, öd qaraciyərdə yaranır. Damarların üç növü (al qanı daşıyan arteriyalar, qara qanı daşıyan venalar, ağ damarlar və ya sinirlər) ayırd edilirdi. «Avesta»da xəstəliklərin səbəbləri (soyuqdəymə, həddən çox və ya keyfiyyətsiz qida qəbulu, aclıq, fiziki yorğunluq) göstərilirdi. Midiya həkimləri xəstəliklərin orqanizmə daxil olduğu yolları: ağız, gözlər, burun, qulaqlar, cinsiyyət orqanları, dəri və s. bilirdilər.
 
Aqil Məmmədov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.