Reklam

KƏND TƏSƏRRÜFATININ ELMİ ƏSASLARLA İNKİŞAF ETDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEVİN ROLU VƏ TÜTÜNÇÜLÜYÜN İNKİŞAF PERSPEKTİVLƏRİ

Siyasət

 

KƏND TƏSƏRRÜFATININ ELMİ ƏSASALARLA İNKİŞAF ETDİRİLMƏSİNDƏ H. ƏLİYEVİN ROLU VƏ TÜTÜNÇÜLÜYÜN İNKİŞAF PERSPEKTİVLƏRİ
 
1969-1982-ci illərdə Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılması və yüksək sürətlə inkişaf etdirillməsi Ulu öndər Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı, əzmkarlığı, məsələni daim öz nəzarətində saxlaması və onun elmi əsaslara söykənən həllini təşkil etmək sayəsində mükün oldu. H Əliyev respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanları müvafiq proqramlar əsasında reallaşmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökümətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində respublikada kənd tıəsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istensalının dinamik artımı təmin edildi. Artıq 1974-1975-ci illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalının artım sürətinə görə SSRİ məkanında ön sıraya çıxdı. H.Əliyev xüsusilə pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyətini hərtərəfli təhlil edib, kənd təsərrüfatının bu sahələrində mövcud nöqsanları və səhvləri göstərmiş, potensial imkanları müəyyən etmiş, məhsuldarlığın artırılmasının konkret yollarını təklif etmişdir. H.Əliyev yüksək məhsuldar, xəstəliyə davamlı yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə, toxumçuluq tsahələrinin inkişafına, damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və məhsuldar heyvan cinslərinin yetişdirilməsi məsələrinə böyük diqqət yetirmişdir. Aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitklilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar olaraq mütərəqqi innovativ texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoymuşdur. Məhz onun təşəbbüslərinin nəticəsində 1981-1985- ci illərdə ümumi məhsul artımı 1966-1970-ci illərin göstəricilərilə müqayisədə taxılçılıq 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilk 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıq 2,2 dəfə artaraq 707 min ton, tütünçülük 2,7 dəfə artaraq 65 min ton, çayçılıq 3,2 dəfə artaraq 29 min ton, meyvəçilk 3,8 dəfə artaraq 318 min ton, üzümçülük 7,9 dəfə artaraq 1826,2 min ton təşkil etmişdir. Bu həmdə kənd təsərrüfatında böyük dönüş, əkinə yaralı torpaq sahələrinin sabit qalması şəraitində onlardan səmərəli istifada edilməsi əsasında baş verdi. Kənd təsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial- iqtisadi simasını kökündən dəyişdirdi, ölkə bütövlükdə aqrar sənaye respublikasına çevrildi. Qısa müddət ərzində demək olar ki, iri üzümçüıük təsərrüfatlarında şərab zavodları fəaliyyətə başladı, yeni tərəvəz və meyvə emalı zavodları, çay fabrilkəri, ət və süd kombinatları tikilib istifadəyə verildi. Kənd yerlərində emal müəssisələrinin yaradılması həmin ərazilərin simasının dəyişməsində, şəhər atributlarının bərqərar olmasında, rayon əhalisin inintellektiual səviyyəsinin yüksəlməsində böyük rol oynadı. Azərbaycan pambıq istehsalında ittifaq üzrə 3-cü, üzüm istehsalında 1-ci yerə çıxmaqla özünü geniş əhatəli inkişaf etmiş aqrar-sənaye kompleksinə malik respublika kimi göstərdi. Bununla da 1969-1982-ci illərdə H.Əliyevin rəhbərliyi altında Azərbaycan geridə qalan bir diyardan formalaşmış aqrar-sənaye kompleksi olan qabaqcıl bir respublikaya çevrildi. Bu isə H. Əliyevin SSRİ məkanında böyük nüfuz qazanmasına və respublikamızın isə özünə layiq bir yer tutmasına səbəb oldu. 
1993-cü ildə yaranmış çox ağır, ictimai, siyasi və iqtisadi şəraitdə xalqın təkidilə yenidən hakimiyyətə gələn H.Əliyev ilk növbədə dağıdılmış kənd təsərrüfatının yenidən bərpası üçün ciddi tədbirlər həyata keçirməyə başladı. Belə ki, ölkə iqtisadiyyatını, o cümlədən aqraq bölməni bu çətin vəziyyətdən çıxarmaq üçün heç bir səmərə verməyən inzibati amirlik metodundan əl çəkmək və bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə keçmək lazım idı. Bunun üçün islahatlar həyata keçirilməli, dövlətin mülkiyətində olan əmlakların bir hissəsinin özəlləşdirilərək xüsusi mülkiyyətə verilməlidir ki, ölkədə sahibkarlıq inkişaf edə bilsin. 1994 –cü ilin sentyabr ayında keçirdiyi müşavirədə bu haqda demişdir: “Kənd təsərrüfatı sahəsində gələcək yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Biz buna gecikə bilmərik. Çünki, kənd təsərrüfatının respublikanın inkişaf etməsində, iqtisadiyyatının güclənməsində çox güclü rolu vardır. Ancaq aparılan islahatlar elə aparılmalıdır ki, xalqın mənafeyinə xidmət edə bilsin”. 
1996-cı ildə H.Əliyevin təşəbüsü və inadkarlığı ilə ilk olaraq “Torpaq islahatı haqqında” qanun qüvvəyə mindi. Beləliklə,  MDB məkanında ilk dəfə olaraq bu qanunla torpaq sahibinə qaytarıldı. Qanuna əsasən vahid torpaq fondunun 57%-i dövlət mülkuyyətində qalmaqla 20%-i bələdiyyə mülkiyyətinə və 23%-i isə xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çox illik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz təsirini göstərdi. Aqrar islahatların aparılması və H. Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər öz bəhrəsini verməyə başladı. Artıq 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyuldu və artım ilbəil artım surətilə davam edirdi. Göstərilən həmin zəhmətin hesabıdır ki, hazırda əhalinin bir çox ərzaq məhsullarına, o cümlədən ət, kartof, tərəvəz, meyvə,tütün və digər məhsullara olan təlabatını yerli istehsal hesabına tam ödənilir. 
Həmin illərdə aqrar sahənin bütün istiqamətlərində günü-gündən irəliləyiş baş verirdi. Belə sahələrdən biridə tütünçülük sahəsi olmuşdur. 
Məlumatlara görə yer kürəsində elə bir ölkə yoxdur ki, orada tütündən istifadə edilməsin. Dünyanın 95-dən çox ölkəsi sənaye əhəmiyyətli tütün istehsalı ilə məşğul olur. 2022-ci ilin statistik məlumatına əsasən Yer kürəsində əkin sahəsi 4,5 mln. hektardan çoxdur. 8,2 milyon tondan çox məhsul istehsal olunmuşdur. İstehsal edilən tütünün 55,4%-i Amerika, Çin, Hindistan, Rusiya, Braziliya və Türkiyə təşkil edir. Avropada ən çox tütün istehsal edən Yunanıstan, İtaliya, Slovanya, Makedoniya və Polşa respublikaları sayılır. Bu dövlətlər tütün istehsalının 10%-ni təşkil edir.
Azərbaycanda isə tütünçülüyün mövcud vəziyyəti, tütünçülüyün elmi əsaslarla inkişafı XX əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində böyük bir sıçrayış əmələ gəlməyə başladı. Artıq onun biavasitə şəxsi rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində respublikamızda kənd təsərrüfatının istər heyvandarlıq , istərsədə bitkiçilik sahələrində çox sürətlə inkişafa nail olunmuş və bu sahənin böyük sənaye potensialı yaradılmışdır. Bu  sahələrdən biridə tütünçülük sahəsidir. Həmin illər respublika tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu.  Ölkədə rekord miqdarda 16,7 min hektar sahədən 65,2 min ton tütün məhsulu istehsal olunaraq emal müəsisələrinə təhvil verilmişdir. Sevindirici haldır ki, emal müəsissələri bir kiloqram da olsa xarici dövlətlərdən xam tütün məhsulu almamışdır. Əksinə Azərbaycan tütünü Rusyanın bir sıra zavod və fabrilkərinə göndərilərək milyon manatlarla əlavə vəsaitin respublika büdcəsinə daxil olunmasına şərait yaradılmışdır. H. Əliyevin uzaq görənliyinin nəticəsi olaraq əlverişli torpaq-iqlim şəraitinə malik olan respublikamızın şimal rayonları olan Qax, Balakən, Şəki, Oğuz, Zaqatala və digər münbit torpaq sahələrinə malik ərazilərdə tütün bitkisinin əkin sahələri genişlənməyə başladı. Tütün istehsalının yüksək rentabelliyə malik olduğuna görə  sonradan onun istehsalı Şəki-Zaqatala bölgəsindən Lerik-Yardımlı, Kəlbəcər-Laçın, eyni zamanda ölkənin Qərb bölgələrinə kimi genişləndirildi və ümumilikdə 21 rayonda tütünçülüyün inkişafına təkan verildi. 
2024-ci  ildə respublika ərazisində 2431,9 ha sahədə tütün əkilmiş və həmin sahədən 4379,3 ton quru yarpaq məhsulu əldə olunmuşdur. Respublika üzrə orta məhsuldarlıq 18,1 sen/ha təşkil etmişdir. 2431,9 ha ümumi əkin sahəsinin 1800 hektarında “Tabatera” ASC tərəfindən Virciniya tipli Virciniya CC-35 sortu, qalan sahə isə az qismi Berley tütünləri və yerli Zaqatala 1 , Zaqatala 37, İmmunnı-580 sortları əkilmişdir. Bölgələr üzrə ən çox əkin sahələri Şəki rayonu 1250 ha, Zaqatala rayonu 421,9 ha, Qax rayonu 373,3 ha, Balakən rayonunda 102 ha, Tovuz 95 ha, Oğuz 67 ha və Naxçıvan MR 74 ha təşkil etmişdir. 
Tütün yarpaqlarının ipə düzmədən topa halında  qurudulması üşün Zaqatala rayonunda 62 ədəd, Qax rayonunda 56 ədəd, Şəki rayonunda 86 ədəd, Balakən rayonunda 60 ədəd, Oğuz rayonunda 10 ədəd müasir tipli “Rillo Burners”(Bolqarıstan), “Dekloit” (İtaliya) markalı quruducu kameralardan istifadə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev  tütün bitkisini strateji məhsullar sihahısına daxil etməklə tütünçülük sahənin şöhrətinin yenidən bərpa edilməsi üçün bir sıra qərar və sərəncamlar imzalamışdır. Belə ki, 6 dekabr 2016-cı il tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”- nə uyğun olaraq ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə Dövlət Proqqramı təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün orta məhsuldarlıq 20 sen/ha olmaqla, əkin sahələrinin 6 min hektara, məhsul istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulmuşdur. Dövlət Proqarmından irəli gələn məsələlərin qısa müddətdə həyata keçirilməsi üçün Əkinçilik ET İnstitutunun alimləri tərəfindən yeni mütərəqqi becərmə üsulları hazırlanıb fermer təsərrüfatlarında tətbiq olunmaqdadır.
Keyfiyyətli tütün xammalı istehsal etmək üçün becərilən sort əsas meyardır. Lakin müxtəlif aqrotexniki, gübrələmə, qurutma texnologiyası tətbiq etməklə sortun keyfiyyətini idarə etmək mümkündür. Respublikamızda Virciniya tipli “CC-35” və “Kokker 347” sortları rayonlaşdırılaraq istehsalata təhvil verilmiş, “Virciniya-55”, “Virciniya-386”, “Virciniya-548”, “Virciniya RGH 4”, “Virciniya GL 26”, “Virciniya GL 939”, “Virciniya RVH 2310” və “Berley” sortları isə hal-hazırda sınaqdan keçirilir. 
Respublikamızda tütün bitkisinin çoxdan əkilib becərilməsinə baxmayaraq əl əməyinin mexanikləşdirilməsi, elmin nailiyyətləri və qabaqcılların iş təcrübəsinin tətbiqi olduqca aşağı səviyyədədir. Tütün istehsalının indiki səviyyəsi sənayenin təlabatını ödəmir. Ölkəmizin torpaq iqlim şəraiti imkan verir ki, tütün sahələrini genişləndirməklə sənayenin tütün xammalına, xüsusən ətirli tütünlərə olan təlabatını ödəmək mümkün olsun.
Əvvəllər Sovetlər Birliyi zamanı respublikamızda iriyarpaqlı İmmunnı-580, Zaqatala-67, Zaqatala iriyarpaqlısı, Ostrolist-1519; ortayarpaqlı (yarımətirli) Trapezond-93, Trapezond -219 və xırda yarpaqlı Samsun-959, Dübek-2898 sortları geniş sahələrdə əkilib becərilirdi. Lakin göstərilən tütün sortları əsasən əl əməyindən istifadə etməklə becərilirdi. Belə ki, əllə dərilərək çox böyük zəhmət hesabına ipə düzülür, qurudulması üçün xüsusi talvarlar tələb olunur, açıq şəkildə əldə daşınır. Bunlar isə tütünün keyfiyyət göstəricilərinə mənfi təsir göstərir.
Virciniya tipli ətirli tütün sortları isə əksinə olaraq tez yetişən olmaqla əl əməyini xeyli dərəcədə yüngülləşdirirlər. Həmçinin bu sortlar əllə deyil, xüsusi kombaynlarla dərilir, ipə düzülmədən talvarlarda deyil, quruducu kameralarda qurudulur, xüsusi sıxıcı aparatlar vasitəsilə kip şəklində bağlanaraq daşınması üçün texnikalardan istifadə olunur.
Hal-hazırda respublikada yüksək keyfiyyətli ətirli tütün məmulatlarına təlabat olduqca böyükdür. Tütünçülüklə məşğul olan bölgələrdə əsasən ətirli olmayan yerli tütün sortlarına üstünlük verilir. Bu tip tütünlərin məhsuldarlığı yüksək olmasına baxmayaraq keyfiyyət göstəriciləri aşağı olduğundan emal müəsisələri tərəfindən həvəslə alınmadığı üçün bugünkü təlabatı ödəmir. Nəticədə həmin emal müəssisələri quru tütün yarpağını xarıci dövlətlərdən almağa üstünlük verirlər. Bu da ölkədən milyonlarla dollar valyutanın çıxarılmasın səbəb olur. Lakin son zamanlar tütünçülük bölgələrində Amerika mənşəli tütün sortlarının əkin sahələri genişlənməkdə davam etdirirlir. Belə ki, ABŞ-ın “Filip Moris” firmasının mütəxəssislərinin rəhbərliyi altında “Virciniya” və “Berley” tipli tütünlər əkilməyə başlanmışdır. Bu tip sortlar tez yetişən olduqları üçün vahid sahəyə düşən əmək sərfi və bir hektara şəkilən xərclər azlıq təşkil edır. Həmçinin yüksək növlü məhsul vermə qabiliyyətinə görə yerli tütünlərə nisbətən bu sortlar tütün alan şirkətlər tərəfindən yüksək qiymətə alınır. Eyni zamanda mineral gübrələrə az tələbkar olması (xüsusilə azot gübrəsinə) əkin qatının nitratlarla çirklənməsi ehtimalını azaldır. Əmtəəlik malın tərkibində nikotinin miqdarı yerli sortlara nisbətən az olması siqaret çəkimi zamanı siqaret çəkən insanların sağılamlığına bir o qədərdə zərər vermir.
Məlumdur ki, tütün torpağın qida maddələrinə çox tələbkardır. Tütünün məhsuldarlığını və keyfiyyətini artırmaq üçün kənd təsərrüfatının digər sahələrində olduğu kimi tütünçülük sahəsindədə torpağın qida maddələri ilə təmin olunması əsas şərtlərdən birirdir. Strukturasız torpaqlarda sələf bitkilərin seçilməsi müxtəlif aqro-metodların düzgün tətbiq edilməsi torpağın su, hava və qida rejimini yaxşılaşsdırmaqla, yüksək keyfiyyətli tütün məhsulu alınması üçün zəmin yaradır. Əkin dörriyyəsinə dənli bitkilərin daxil edilməsi torpağın fiziki xüsusuyyətlərini yaxşılaşdırmaqla bərabər tütün bitkisinin məhsuldarlıq və keyfiyyət göstəricilərini artırmış, xəstəlik və zərərvericilərlə yoluxmsının qarşısını almış, alaq otlarından təmizlənmiş olur. Ona görədə ətirli Virciniya tipıi tütün sortlarının məhsuldarlığına və keyfiyyətinə müxtəlif innovativ becərmə üsullarının təsirinin öyrənilməsi və respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarında tətbiq olunması ən vacib məsələlərdən biridir.
 
 Qabil KAZIMOV - Kainatpress.tv

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.